main-post-cover

    Xiaomi 17 Pro smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    17.09.2025
    Emil Nəcəfov
         Xiaomi artıq təsdiqləyib ki, bu ayın sonuna kimi Xiaomi 17 flaqman smartfon seriyası təqdim olunacaq. Bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, Xiaomi 17 ProXiaomi 17 Pro Max. İndi isə məlum olub ki, Xiaomi 17 Pro modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Xiaomi 17 Pro-nun prosessoru özündə 6 ədəd 3.63 GHz tezlikli nüvəni və 2 ədəd 4.61 GHz tezlikli nüvəni birləşdirir. Bunlar isə təqdimata hazırlaşan Snapdragon 8 Elite 5 flaqman prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 16-nı əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 3096 xal, çoxnüvəli testi çərçivəsində isə 9382 xal toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi yaxın zamanda kompakt ölçülü Pad Mini planşetini təqdim edəcək
    xiaomi-yaxin-zamanda-kompakt-olculu-pad-mini-plansetini-teqdim-edecek
    Xiaomi 17 Pro və 17 Pro Max köməkçi ekrana sahib olacaqlar
    xiaomi-17-pro-ve-17-pro-max-komekci-ekrana-sahib-olacaqlar
    Büdcəli REDMI A27Q 2026 monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-a27q-2026-monitoru-teqdim-edilib-qiymeti
    Xiaomi-nin yeni flaqman smartfon seriyası Xiaomi 17 adlanacaq
    xiaomi-nin-yeni-flaqman-smartfon-seriyasi-xiaomi-17-adlanacaq
    Xiaomi Pad 8 Pro planşeti Geekbench testlərindən keçib
    xiaomi-pad-8-pro-planseti-geekbench-testlerinden-kecib