main-post-cover

    Xiaomi Civi 5 Pro subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.05.2025
    Emil Nəcəfov
         Xiaomi şirkəti Xiaomi 15S Pro ilə yanaşı Xiaomi Civi 5 Pro subflaqman smartfonunu da təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Xiaomi Civi 5 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.55 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Smartfon Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Xiaomi Civi 5 Pro özündə 50 MP + 12 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 67 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi Civi 5 Pro artıq Çində satışa çıxıb və onun qiyməti 416$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi-nin yeni fərdi prosessoru ilə çalışan Xiaomi 15S Pro təqdim edilib - QİYMƏTİ
    xiaomi-nin-yeni-ferdi-prosessoru-ile-calisan-xiaomi-15s-pro-teqdim-edilib-qiymeti
    Xiaomi Xring O1 mobil prosessoru təqdim edilib
    xiaomi-xring-o1-mobil-prosessoru-teqdim-edilib
    Xiaomi 15S Pro-nun ilk real görüntüləri sərgilənib
    xiaomi-15s-pro-nun-ilk-real-goruntuleri-sergilenib
    REDMI Pad 2 planşetinin render fotoları, texniki imkanları və satış qiyməti ortaya çıxıb
    redmi-pad-2-plansetinin-render-fotolari-texniki-imkanlari-ve-satis-qiymeti-ortaya-cixib
    Təqdimata hazırlaşan Xiaomi 15S Pro-nun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
    teqdimata-hazirlasan-xiaomi-15s-pro-nun-hansi-prosessoru-elde-edeceyi-resmi-sekilde-aciqlanib