
Xiaomi-nin yeni fərdi prosessoru ilə çalışan Xiaomi 15S Pro təqdim edilib - QİYMƏTİ
Cihazlar+
22.05.2025
Emil Nəcəfov
Xiaomi şirkəti Çində Xiaomi 15S Pro smartfonunu təqdim edib. Təqdim edilmiş bu yeni smartfonun əsas fərqləndirici özəlliyi ondadır ki, o, şirkətin Xring O1 adlı 10 nüvəli yeni mobil prosessoru vasitəsilə çalışır. Bundan əlavə olaraq bu yeni smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyanı əldə edib. Beləliklə Xiaomi 15S Pro smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli 6.73 düym ölçülü LTPO OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Üstəlik ekran Xiaomi Ceramic Glass 2.0 adlı qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.

Xəbərin əvvəlində də qeyd edildiyi kimi smartfon Xiaomi-nin Xring O1 adlı yeni mobil prosessoru vasitəsilə çalışır. Bu prosessor 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb və onda qrafik imkanlardan Immortalis-G925 çipi cavabdehdir. Xaiomi 15S Pro 16 GB-lıq RAM ilə 512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə Xiaomi 15S Pro 90 vatt gücündə sürətli şarj texnologiyalı 6100 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Xiaomi 15S Pro artıq Çində satışa çıxıb və onun qiyməti 760$-dan start götürür. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı isə bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Xring O1 mobil prosessoru təqdim edilib

Xiaomi Xring O1 mobil prosessoru təqdim edilib
Xiaomi şirkəti daha öncə də anons etmiş olduğu kimi Xring O1 adlı yeni mobil prosessorunu təqdim edib. Xiaomi-nin sözlərinə əsasən bu yeni prosessor Apple A18 Pro-dan daha ucuz başa gəlir və enerji sərfiyyatının effektivliyi baxımından onu geridə qoyur.
Xiaomi 15S Pro-nun ilk real görüntüləri sərgilənib

Xiaomi 15S Pro-nun ilk real görüntüləri sərgilənib
Xiaomi-nin prezidentı Lu Weibing, şirkətin öz prosessoru olan Xring O1 əsasında hazırlanmış ilk cihaz - Xiaomi 15S Pro smartfonunu ilk dəfə nümayiş etdirib.
REDMI Pad 2 planşetinin render fotoları, texniki imkanları və satış qiyməti ortaya çıxıb

REDMI Pad 2 planşetinin render fotoları, texniki imkanları və satış qiyməti ortaya çıxıb
Xiaomi-nin REDMI brendi öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, REDMI Pad 2-dən gedir. İndi isə internetdə bu yeni planşetin ilk render fotoları, texniki imkanları və satış qiyməti ortaya çıxıb.
Təqdimata hazırlaşan Xiaomi 15S Pro-nun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb

Təqdimata hazırlaşan Xiaomi 15S Pro-nun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Xiaomi dünən növbəti təqdimat tədbirini anons etdi. Şirkətin növbəti təqdimat tədbiri 22 may tarixində Çində baş tutacaq. Bu tarixdə şirkət bir sıra yeni məhsulunu təqdim edəcək.
Yeni Xiaomi Xring O1 mobil prosessorunun şirkətə hansı qiymətə başa gəldiyi məlum olub

Yeni Xiaomi Xring O1 mobil prosessorunun şirkətə hansı qiymətə başa gəldiyi məlum olub
Çin texnologiya nəhəngi Xiaomi, digər şirkətlərin, xüsusən də Mediatek və Qualcomm-dan olan komponentlər barəsində asılılığını azaltmaq üçün fəal şəkildə işləyir.
Həftənin xəbərləri

