Xiaomi gələn il nazik gövdəli Xiaomi 17 Air-i təqdim edə bilər
Cihazlar+
27.10.2025
Emil Nəcəfov
Görünür, Xiaomi şirkəti də son trendə qoşularaq nazik gövdəli smartfonlar sahəsinə daxil olmaq niyyətindədir. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən şirkət gələn il Xiaomi 17 Air adlı nazik gövdəli smartfonunu təqdim etməyi planlaşdırır. İnsayderlər planlaşdırılan bu smartfon barəsində bəzi təfərrüatları təqdim ediblər. Onların sözlərinə inansaq, Xiaomi 17 Air smartfonu 6.6 düym ölçülü ekranla təchiz olunacaq və ekranın künc hissələri dairəvi formada olacaq. Bundan əlavə smartfon özündə 200 MP-lik əsas arxa kameranı birləşdirməlidir. Məlumatda qeyd edilib ki, smartfonda eSIM dəstəyi olacaq. Bu isə onda fiziki SIM kart olmayacağına işarə edir. Bu isə öz növbəsində smartfonun nazik gövdəsi uğrunda verilmiş bir qərar ola bilər. Xiaomi 17 Air modelinin keçən ayın sonunda təqdim edilmiş Xiaomi 17 seriyasına daxil olacağı və ya sadəcə təcrübi bir layihə olacağı hələ bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ofis işləri üçün REDMI Monitor A24 Multi-Function Stand Edition 2026 monitoru təqdim edilib - QİYMƏTİ
Ofis işləri üçün REDMI Monitor A24 Multi-Function Stand Edition 2026 monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi ofis işləri üçün nəzərdə tutulmuş yeni büdcəli monitorunu təqdim edib. Brendin bu yeni monitoru REDMI Monitor A24 Multi-Function Stand Edition 2026 adlanır.
REDMI Watch 6 ağıllı saatı təqdim edilib - QİYMƏTİ
REDMI Watch 6 ağıllı saatı təqdim edilib - QİYMƏTİ
REDMI brendi REDMI K90 smartfon seriyası ilə yanaşı öz yeni ağıllı saatını da təqdim edib. Söhbət, REDMI Watch 6-dan gedir. Bu yeni ağıllı saat kvadrat formalı gövdə dizaynını əldə edib.
REDMI K90 və K90 Pro Max təqdim olunub - QİYMƏTİ
REDMI K90 və K90 Pro Max təqdim olunub - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni flaqman smartfon seriyasını təqdim edib. Söhbət, REDMI K90 seriyasından gedir. Seriyaya iki model daxil olub: REDMI K90 və K90 Pro Max. Bu smartfonlar xarici görünüşcə demək olar bir-birilərinə bənzəsələr də texniki imkanlar baxımından fərqlənirlər.
REDMI K90-nın rəsmi fotoları təqdim edilib
REDMI K90-nın rəsmi fotoları təqdim edilib
REDMI brendi artıq sabah REDMI K90 smartfon seriyasını təqdim edəcək. Hələ keçən həftə brend rəsmi şəkildə REDMI K90 Pro Max modelinin fotolarını təqdim etmişdi. Aydın idi ki, bu seriyaya digər modellər də daxil olacaq və onlardan biri adi REDMI K90 olacaq.
REDMI K90 Pro Max smartfonu 7000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcək
REDMI K90 Pro Max smartfonu 7000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcək
Xiaomi-nin REDMI brendi sabah REDMI K90 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də REDMI K90 Pro Max olacaq.
Həftənin xəbərləri