REDMI K90-nın rəsmi fotoları təqdim edilib
Cihazlar+
22.10.2025
Emil Nəcəfov
REDMI brendi artıq sabah REDMI K90 smartfon seriyasını təqdim edəcək. Hələ keçən həftə brend rəsmi şəkildə REDMI K90 Pro Max modelinin fotolarını təqdim etmişdi. Aydın idi ki, bu seriyaya digər modellər də daxil olacaq və onlardan biri adi REDMI K90 olacaq. İndi isə brend adi REDMI K90-nın fotolarını təqdim edib. Fotolardan da görünür, adi REDMI K90 modeli xarici görünüşcə REDMI K90 Pro Max modelindən o qədər də fərqlənməyəcək. REDMI K90 smartfonu yastı gövdə dizaynına sahibdir və onun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşir. Kamera sahəsinin daxilində 3 ədəd kamera mövcuddur. Kameraların yanında isə “Sound by Bose” yazısını görmək olar. Bu, Xiaomi-nin audio mövzusunda Bose şirkəti ilə əməkdaşlığını əks etdirir. Posterlərdən birində isə qeyd edilib ki, sözügedən smartfon 6.59 düym ölçülü ekranı əldə edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
REDMI K90 Pro Max smartfonu 7000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcək
REDMI K90 Pro Max smartfonu 7000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcək
Xiaomi-nin REDMI brendi sabah REDMI K90 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də REDMI K90 Pro Max olacaq.
“Xiaomi” ağıllı ev, taxılan qadcetlər və əyləncə üçün yeni nəsil AIoT cihazlarını təqdim edir
“Xiaomi” ağıllı ev, taxılan qadcetlər və əyləncə üçün yeni nəsil AIoT cihazlarını təqdim edir
“Xiaomi” şirkəti qlobal bazarlarda AIoT portfelini genişləndirən beş yeni məhsulun buraxılışını elan edib: Xiaomi Watch S4 41mm, Xiaomi Smart Band 10 Glimmer Edition, Xiaomi Robot Vacuum 5 / 5 Pro və Xiaomi Smart Camera C701.
REDMI Watch 6 ağıllı saatının təqdimatı anons edilib
REDMI Watch 6 ağıllı saatının təqdimatı anons edilib
Xiaomi-nin REDMI brendi öz yeni ağıllı saatı olacaq REDMI Watch 6-nın təqdimatını anons edib.
REDMI K90 Pro Max-ın təqdimatı anons edilib və dizaynı sərgilənib
REDMI K90 Pro Max-ın təqdimatı anons edilib və dizaynı sərgilənib
Xiaomi-nin REDMI brendi öz növbəti flaqman smartfonu olacaq REDMI K90 Pro Max-ın təqdimatını anons edib və onun xarici görünüşünü sərgiləyib.
REDMI Turbo 5 smartfonu 8000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcək
REDMI Turbo 5 smartfonu 8000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcək
Xiaomi-nin REDMI brendi gələn ilin əvvəlində REDMI Turbo 5 smartfonunu təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfon barəsində bəzi təfərrüatları təqdim edib.
Həftənin xəbərləri