main-post-cover

    Yeni Xiaomi Xring O1 mobil prosessorunun şirkətə hansı qiymətə başa gəldiyi məlum olub

    Elm & Texnologiya
    20.05.2025
    Emil Nəcəfov
         Çin texnologiya nəhəngi Xiaomi, digər şirkətlərin, xüsusən də Mediatek Qualcomm-dan olan komponentlər barəsində asılılığını azaltmaq üçün fəal şəkildə işləyir. Ötən həftə şirkət öz yeni cihazlarında istifadə olunacaq Xring O1 adlı prosessorunu anons etdi. Qeyd etmək lazımdır ki, prosessorun təqdimatı artıq 22 may tarixində baş tutacaq. Xiaomi öz texnologiyalarını inkişaf etdirmək üçün vəsaitini əsirgəmir və onun Xring O1 prosessorunun hazırlanmasına nə qədər xərc çəkdiyi artıq məlum olub ki. Şirkətin rəhbəri Lei Jun, Çin sosial şəbəkəsi Weibo-dakı bloqunda bildirib ki, uzun illərdən sonra hazırlanmış bu ilk prosessorun inkişafına 1.8 milyard dollar sərf olunub.
         Xiaomi bununla kifayətlənməyəcək və qarşıdakı 10 il ərzində prosessor istehsalı və tədqiqatına ən azı 7 milyard dollar investisiya yatırmağı planlaşdırır. Bu layihə üçün 2500-dən çox mühəndis və proqramçıdan ibarət xüsusi komanda yaradılıb. Qeyd etmək lazımdır ki, 2017-ci ildə Xiaomi müstəqil prosessor istehsalına ilk dəfə cəhd etmiş və Surge S1 prosessorunu təqdim etmişdi. Bu prosessor Mi 5C smartfonu tərkibində təklif edilirdi. Lakin bu layihə uğursuzluqla nəticələndi və şirkət yenidən xarici prosessor istehsalçılarına üz tutdu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15S Pro-nun, Xiaomi Pad 7 Ultra-nın, XRING O1 prosessorunun və Xiaomi YU7 elektromobilinin təqdimatı anons edilib
    xiaomi-15s-pro-nun-xiaomi-pad-7-ultra-nin-xring-o1-prosessorunun-ve-xiaomi-yu7-elektromobilinin-teqdimati-anons-edilib
    Xiaomi öz elektromobillərini bazarın ən təhlükəsiz elektromobillərinə çevirmək istəyir
    xiaomi-oz-elektromobillerini-bazarin-en-tehlukesiz-elektromobillerine-cevirmek-isteyir
    Xiaomi-nin növbəti 7 smartfonunun rəsmi dəstəyi dayandırılıb
    xiaomi-nin-novbeti-7-smartfonunun-resmi-desteyi-dayandirilib
    Təqdimata hazırlaşan Xiaomi CIVI 5 Pro-nun ilk rəsmi fotoları təqdim edilib
    teqdimata-hazirlasan-xiaomi-civi-5-pro-nun-ilk-resmi-fotolari-teqdim-edilib
    Xiaomi-nin yeni mobil prosessorunun adı və nə zaman təqdim olunacağı rəsmi şəkildə açıqlanıb
    xiaomi-nin-yeni-mobil-prosessorunun-adi-ve-ne-zaman-teqdim-olunacagi-resmi-sekilde-aciqlanib