Apple öz elektromobilini 2028-ci ildə təqdim edə bilər
Nəqliyyat
24.01.2024
Emil Nəcəfov
İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti öz elektromobili üzərində çalışır. Apple şirkətinin bu layihəsi barəsində uzun müddət məlumat yox idi. Lakin indi Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple elektromobili barəsində yeni məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Apple ilk əvvəl öz elektromobilini tamamilə avtonom etməyə hədəflənmişdi. Yəni elektromobildə sükanın olmaması planlaşdırılırdı. Nəticədə elektromobil yalnız avtopilot vasitəsilə idarə olunmalı idi. Lakin Gurman bildirib ki, Appel bu ideyadan imtina edib. Məlumata əsasən Apple hal-hazırda daha sadə funksiyalara sahib elektromobil üzərində çalışır.
Çox güman ki, Apple elektromobili Tesla elektromobillərində olduğu kimi 2+ səviyyəli avtopilot sistemini əldə edəcək. Yəni elektromobil fərdi şəkildə avtomobil yollarında hərəkət edə və sürücünün yardımı olmadan park oluna biləcək. Bununla yanaşı Gurman bildirib ki, şirkət öz elektromobilini bazarda təqdim etməyə tələsmir. Onun sözlərinə əsasən Apple elektromobilini 2026-cı ildə gözləmək lazım deyil. Ola bilsin ki, şirkət öz elektromobilini 2028-ci ildə təqdim edəcək. Gurman-ın fikrincə hal-hazırda Apple elektromobili üçün dönüş nöqtəsi ola biləcək zamandır. Belə ki, əgər Apple mühəndisləri sadə funksiyalara sahib elektromobili hazırlaya bilməsələr, şirkət çox güman ki, bu layihəyə sıfırdan nəzər yetirəcək və ya onu ümumiyyətlə ləğv edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni iPad Pro, iPad Air və MacBook Air modelləri yaz fəslində təqdim oluna bilər
Yeni iPad Pro, iPad Air və MacBook Air modelləri yaz fəslində təqdim oluna bilər
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti yaz fəslində yeni təqdimat tədbirini keçirəcək.
Apple Vision Pro-nun ilk satış statistikası açıqlanıb
Apple Vision Pro-nun ilk satış statistikası açıqlanıb
Məşhur analitik Ming-Chi Kuo Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının satış statistikasını bölüşüb.
Bu il təqdim olunacaq yeni iPad Air-in CAD render fotoları təqdim edilib
Bu il təqdim olunacaq yeni iPad Air-in CAD render fotoları təqdim edilib
Hələ keçən il məlumat ortaya çıxmışdı ki, Apple şirkəti 12.9 düym ölçülü böyük ekrana sahib yeni iPad Air planşeti üzərində çalışır.
Apple Vision Pro-nun təmiri hansı qiymətə başa gələcək
Apple Vision Pro-nun təmiri hansı qiymətə başa gələcək
Apple şirkəti 19 yanvar tarixində Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının ön sifarişlərinə start verdi.
Apple Vision Pro-nun birinci partiyası bir saat ərzində satılıb
Apple Vision Pro-nun birinci partiyası bir saat ərzində satılıb
19 yanvar tarixində ABŞ-da Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının ön sifarişlərinə start verildi.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!