BYD şirkəti öz yeni konseptual elektromobilini sərgiləyib (VİDEO)
Nəqliyyat
23.04.2024
Farid Pardashunas
Çinin BYD şirkəti büdcəli elektromobillər ilə yanaşı zaman-zaman eksklüziv elektromobillər də təqdim edir. Bu dəfə şirkət özünün Fang Cheng Bao adlı premium brendi çərçivəsində yeni konseptual elektromobilini təqdim edib. Təqdim edilmiş yeni konseptual elektromobil Super 9 adlanır. Bu elektromobil iki nəfər sərnişin üçün nəzərdə tutulub və o, digər avtomobillərə xas olan ənənəvi tavan hissəsinə və ön şüşəyə sahib deyil. Onun qapıları yuxarı istiqamətə açılır, sükanı isə Formula-1 avtomobillərinin sükanları tərzindədir. Sürücü ilə sərnişin oturacaqlarının qarşısında olan kiçik ölçülü şüşə isə yüksək sürət zamanı hava axınını şəxslərin başları üzərindən istiqamətləndirməlidir.
Elektromobilin raması və oturacaqları karbon lifindən hazırlanıb. Bu isə elektromobilin çəkisini aşağı salmağa imkan verib. Sərnişin ilə sürücü arasında isə ayırıcı hissə mövcuddur. Sözügedən elektromobilin texniki özəllikləri barəsində məlumat verilməyib. Onun maksimal sürətinin nə qədər təşkil etməsi, saatda 100 km sürəti nə qədər vaxta yığması, bir dəfə şarj olunandan sonra nə qədər məsafə qətt etməsi barəsində məlumatlar gizli saxlanılır. Məlumdur ki, Super 9 elektromobilinin kommersiya məqsədli versiyası Bao 9 adlanacaq. Lakin onun nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı da aydın deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
BYD-nın yeni batareyaları sayəsində elektromobillər daha çox yol qətt edə biləcəklər
BYD-nın yeni batareyaları sayəsində elektromobillər daha çox yol qətt edə biləcəklər
Çinin elektromobil istehsalçısı olan BYD şirkətinin batareyaları Tesla, Ford, Kia, Hyundai, Toyota və digər məşhur avtomobil şirkətlərinin elektromobillərində istifadə edilir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!