main-post-cover

    Elektromobillər digər avtomobillərlə müqayisədə daha tez dəyər itirirlər

    Nəqliyyat
    29.01.2024
    Emil Nəcəfov
         Avtomobillərin satışları üçün nəzərdə tutulmuş Auto Trader adlı platformanın aparmış olduğu tədqiqat nəticəsində məlum olub ki, elektromobillər ikinci əl avtomobil bazarında digər avtomobillər ilə müqayisədə daha tez dəyər itirirlər. Çox güman ki, bu, koronavirus pandemiyası dövründə yaşanmış qıtlığın sonradan çoxlu sayda elektromobil ilə aradan qaldırılması və bəzi ölkələrdə eyni zamanda benzin qiymətinin aşağı düşməsi və elektrik enerjisinin qiymətinin yüksəlməsi ilə bağlıdır. Statistikaya əsasən hər hansısa elektromobilin alınmasından 3 il sonra o öz dəyərinin yarısını itirir.
         Keçən il isə qeydə alınmışdı ki, 1 il öncədən əldə edilmiş elektromobil öz dəyərinin 23%-ni itirir. Auto Trader-in məlumatına əsasən 63 000$-a əldə edilmiş elektromobilin 3 ildən sonra dəyərində 30 000$ itki olacaq. Eyni qiymətə əldə edilmiş benzin avtomobilin 3 ildən sonra dəyərində isə 22 000$ itki olacaq. Çox güman ki, ikinci əl elektromobillərin qiymətlərində bu il də düşüş yaşanacaq. Belə ki, minlərlə sürücü 3 illik icarəyə götürmüş olduqları elektromobilləri geri qaytaracaqlar. İstehsalçılar isə tələbatın təmin olunması üçün yeni elektromobillərə rekord endirimlər təşkil edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elektromobillər nə dərəcədə etibarlıdır?
    elektromobiller-ne-derecede-etibarlidir
    Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
    soyuq-hava-seraiti-elektromobillerin-qett-etdikleri-yol-gostericisine-ne-tesir-edir