main-post-cover

    Ferrari Elettrica kod adlı ilk elektromobilini anons edib

    Nəqliyyat
    10.10.2025
    Emil Nəcəfov
         Yeni elektrikli Ferrari modelinin dünya premyerası 2026-cı ilin yayına planlaşdırılıb, lakin şirkət artıq sıfır emissiyalı gələcək “grand tourismo” avtomobili barədə ilk detalları açıqlayıb. Layihə hazırda Elettrica kod adı ilə tanınır. Gözlənilir ki, elektrik mühərriklərinin ümumi gücü 1000 at gücünə çatacaq, yüksək sıxlıqlı batareya isə 530 km-dən çox yürüş məsafəsi təmin edəcək. İstehsalçı çox qabaqcıl şassi texnologiyası və yükə uyğun olaraq mühərrik səsinin realistik imitasiya sistemi barədə məlumat verib. Ferrari-nin sözlərinə görə, elektromobilin bütün əsas sistem və komponentləri şirkətin öz mühəndisləri tərəfindən hazırlanıb və istehsal olunub ki, bu da müqayisəsiz performans səviyyəsini təmin edir. Ferrari süni mühərrik səsi imitasiyasından imtina edib. Bunun əvəzinə, xüsusi sensor güc qurğusunun real mexaniki titrəyişlərini qeydə alır və bu siqnallar gücləndirilərək şirkətin avtomobilin yürüş xarakterini əks etdirən təbii və dinamik ton adlandırdığı səs effekti yaradılır.
         Elettrica 4 elektrik mühərriki ilə təchiz ediləcək. Ön qurğu 282 a.g. (210 kVt), arxa mühərriklər isə əlavə 831 a.g. (620 kVt) güc təmin edirlər. Boost rejimində ümumi güc 986 a.g. (735 kVt)-dan çox olur. Bu konfiqurasiyada elektromobil 0-dan 100 km/saata 2.5 saniyəyə sürətlənir və maksimal 310 km/saata çatır. Yol şəraitindən asılı olaraq sürücü 3 rejimdən birini seçə biləcək: Range, Tour Performance. Torque Shift Engagement sistemi 5 səviyyəli güc və fırlanma anı idarəsini təklif edir - sağ sükanaltı keçid gücü dəyişmək, sol keçid isə əyləcin intensivliyini tənzimləmək üçün nəzərdə tutulub. Batareya gövdənin alt hissəsinə inteqrasiya olunub ki, bu da daxili yanma mühərrikli oxşar model ilə müqayisədə ağırlıq mərkəzini 80 mm aşağı salır. Batareyanın tutumu 122 kVt·saat, enerji sıxlığı isə 195 Vt·saat/kq təşkil edir - Ferrari-nin bəyanatına görə, bu göstərici seriya istehsalı olan elektromobillər arasında ən yüksək dəyərdir.
         Sistem təkmilləşdirilmiş soyutma mexanizmi ilə təchiz edilib və 350 kVt gücə qədər olan sürətli DC (daimi cərəyan) şarjını dəstəkləyir. İstehsalçı bildirir ki, avtomobilin yürüş məsafəsi 530 km-dən çox olacaq. Gövdə və şassi materiallarının 75%-i təkrar emal olunmuş alüminiumdan hazırlanıb, dizayn prinsipləri isə şirkətin orta və arxa mühərrikli berlinetta modellərindən ilham alıb. Təkər bazası 2960 mm təşkil edir. Şassidə Purosangue F80 modellərindən tanınan 48 voltluq aktiv asqı sistemi istifadə olunub - bu sistem həm rahatlıq, həm də yüksək dəqiqlikli idarəetməni təmin edir. 2300 kq kütləsi ilə bu, indiyə qədər istehsal olunmuş ən ağır Ferrari olacaq. Markanın ilk elektrikli avtomobilinin dünya premyerası 2026-cı ilin yazında baş tutacaq. İstehsal Maranello şəhərində məhz elektrik və hibrid avtomobillərin buraxılışı üçün inşa edilmiş yeni E-Building zavodunda həyata keçiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Oğurlanan yarım milyon dollar dəyərindəki bir Ferrari, AirPods sayəsində tapılıb!
    ogurlanan-yarim-milyon-dollar-deyerindeki-ferrari-airpods-sayesinde-tapilib