
Lamborghini Manifesto konsept superkarı sərgilənib
Nəqliyyat
06.10.2025
Emil Nəcəfov
Öz dizayn mərkəzi Centro Stile-in 20 illiyi münasibətilə Lamborghini şirkəti Manifesto adlı konsept avtomobili təqdim edib - bu, gələcəyin superkarlarının necə görünə biləcəyi barədə cəsarətli bir baxışdır. Dizaynerlər onu “saf heykəl” və qarşıdakı illər üçün brendin fəlsəfəsinin özünəməxsus “manifesti” adlandırırlar. Manifesto parlaq sarı rəngdə hazırlanıb və Lamborghini-nin ənənəvi üslub xüsusiyyətlərini - iti bucaqlı siluet, alçaq və aqressiv burun hissəsi, mürəkkəb həndəsi xətləri - qoruyub saxlayır. Avtomobilin ön hissəsi üçbucaq formalı faralar və Y formalı gündüz işıqları ilə fərqlənir, arxa hissədə isə iri diffuzor və eyni Y formalı arxa işıqlar diqqət çəkir.

Tam şüşədən ibarət şəffaf kabina Manifesto-ya futuristik “kapsul bolid” görünüşü verir. Təqdimat zamanı Manifesto-nun yanında Lamborghini Fenomeno modeli də nümayiş etdirilib - dizayndakı oxşarlıqlar göstərir ki, məhz Manifesto onun əsas ilham mənbəyi olub. Centro Stile-in direktoru Mitja Borkert bildirib ki, Manifesto-nun yaradılması yaradıcı azadlığın simvoludur və bu layihə Lamborghini komandasının istehsal məhdudiyyətləri olmadan nəyə qadir olduğunu nümayiş etdirir. Baxmayaraq ki, Lamborghini Manifesto heç vaxt yollarda görünməyəcək, onun dizayn ideyaları və üslub elementləri demək olar ki, mütləq şəkildə gələcək seriyalı modellərə keçəcək.


Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ-da oğurlanmış Lamborghini Huracan ChatGPT və Google vasitəsilə tapılıb

ABŞ-da oğurlanmış Lamborghini Huracan ChatGPT və Google vasitəsilə tapılıb
ABŞ-da təxminən 2 il əvvəl oğurlanmış Lamborghini Huracan geri qaytarılıb. Kaliforniyaya məxsus avtomobil Denverdə süni intellektin köməyi ilə tapılıb.
Lamborghini Temerario hibrid superkarı təqdim edilib

Lamborghini Temerario hibrid superkarı təqdim edilib
Lamborghini şirkəti Temerario adlı yeni hibrid superkarını təqdim edib. Bu yeni superkar Lamborghini Huracan-ı əvəz etmək üçün nəzərdə tutulub.
Lamborghini Urus-un hibrid versiyası təqdim edilib - QİYMƏTİ

Lamborghini Urus-un hibrid versiyası təqdim edilib - QİYMƏTİ
İtaliyanın məşhur avtomobil istehsalçısı olan Lamborghini özünün Urus avtomobilinin hibrid versiyasını təqdim edib.
Həftənin xəbərləri

