
Tesla Hindistanda satışlara start veriləndən bəri cəmi 600 ədəd elektromobil sata bilib
Nəqliyyat
03.09.2025
Emil Nəcəfov
Tesla-nın Hindistan bazarına çoxdan gözlənilən girişi hələlik gözləntiləri doğrultmayıb: iyunun ortasında satışların başlamasından bəri cəmi 600 sifariş alınıb ki, bu da istehsalçının proqnozlarından xeyli aşağıdır. Müqayisə üçün, Tesla ilin birinci yarısında dünyada təxminən bu qədər avtomobili hər 4 saatdan bir təhvil verirdi. Bloomberg-in məlumatına görə, şirkət əvvəlcə bu il üçün nəzərdə tutulmuş illik 2500 avtomobillik kvotanı tam satmağı planlaşdırırdı. Məlumatlı mənbələrin bildirdiklərinə görə, Tesla bu il Hindistana 350-dən 500-ə qədər elektromobil göndərməyi nəzərdə tutur və ilk partiyanın sentyabrın əvvəlində Şanxaydan gəlməsi gözlənilir. İlkin çatdırılmalar Mumbay, Dehli, Pune və Qurgayon şəhərləri ilə məhdudlaşacaq. Çatdırılma həcmi tam ödənişi edilmiş elektromobillərin sayına və Tesla-nın logistika imkanlarına əsasən hesablanır.

Hindistanın yeni formalaşan elektromobil bazarına daxil olmadan əvvəl Tesla öz brend gücünə arxalanırdı, lakin ABŞ və Hindistan arasında ikitərəfli münasibətlərin pisləşməsi, yüksək idxal rüsumları və Hindistan bazarının sərt reallıqları şirkətin marketoloqlarının ümidlərini puça çıxardı. Tesla həmçinin Hindistan üçün idxal rüsumlarının azaldılacağına ümid edirdi, lakin ABŞ-ın Hindistan ixracına 50% rüsum tətbiq etməsindən sonra bu ehtimal getdikcə daha az mümkün görünür. Bundan başqa, hələ də Hindistan və Avropa arasında azad ticarət sazişi imzalanmayıb. Belə bir razılaşma Tesla-ya Almaniyadakı zavodundan daha ucuz tədarüklər həyata keçirməyə imkan verərdi. Tesla öz şourumlarına çoxlu tamaşaçı cəlb etsə də, satışlar planlaşdırılan həcmlərə çata bilmədi. Şirkət adətən qlobal miqyasda aqressiv marketinqdən çəkinir və bir zamanlar elektromobillərlə sinonim olan brend gücünə güvənir.

Lakin bu, istehsalçıların istehlakçıları reklamlarla “boğmağa” meylli olduğu Hindistan bazarında onun vəziyyətini daha da çətinləşdirir. Yüksək idxal rüsumları səbəbindən Hindistanda Tesla Model Y-nin baza versiyasının qiyməti 6 milyon rupidən çoxdur ki, bu da Hindistanda əksər elektromobillərin satış qiyməti olan 2.2 milyon rupidən xeyli yüksəkdir. Bu, elektromobili Hindistan istehlakçılarının əksəriyyəti üçün əlçatmaz edir. Üstəlik, ölkədə ümumi avtomobil satışlarının cəmi 5%-dən bir qədər çoxu elektromobillərin payına düşür. Hindistandakı soyuq qarşılanma Tesla-nın yeni və sürətlə böyüyən bazarlara daxil olarkən üzləşdiyi çətinlikləri bir daha vurğulayır. Eyni zamanda, şirkətin iki ən böyük bazarında - Çində və ABŞ-da - problemlər artmağa davam edir. Ötən rübdə satışlar 13% azalıb və şirkət ikinci il ardıcıl satışların enməsinin qarşısını almaq üçün əlindən gələni edir.

Dünən Nyu-York birjasında ticarətin açılmasından sonra Tesla səhmləri 2.5% ucalsa da, sonradan 1.6% bəndini geri qazandı. İlin əvvəlindən bəri şirkətin səhmləri ümumilikdə 17% dəyər itirib. Bununla belə, Hindistan bazarında premium seqment elektromobillərin həcmi nəzərə alınanda Tesla-nın sifariş sayı o qədər də az deyil - 2025-ci ilin birinci yarısında qiyməti 4.5-7 milyon rupi arasında olan cəmi 2800-dən bir qədər çox elektromobil satılıb. Hazırda istehsalçı Hindistanda genişlənməni davam etdirir, Mumbay və Dehlidə Supercharger stansiyaları quraşdırır və 2026-cı ildə ölkənin cənub şəhərlərindən birində üçüncü mərkəzin açılışını planlaşdırır. Dünyada elektromobil satışlarında lider mövqedə olan Çin istehsalçısı BYD isə artıq Hindistanda möhkəmlənə bilib. İlin ilk yarısında şirkət eyni yüksək rüsumlara baxmayaraq, başlanğıc qiyməti təxminən 4.9 milyon rupi olan 1200-dən çox Sealion 7 off-road avtomobili satıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla süni intellekt və Optimus robotuna istiqamətlənmiş yeni inkişaf planını dərc edib

Tesla süni intellekt və Optimus robotuna istiqamətlənmiş yeni inkişaf planını dərc edib
Tesla “Baş plan. Hissə 4” sənədini dərc edib. Burada əsas diqqət süni intellektə, pilotsuz avtomobillərə və Optimus robotuna yönəlib. Məqsəd isə texnologiyaların cəmiyyətin real problemlərini həll və insanların həyatını daha təhlükəsiz və rahat etdiyi “dayanıqlı bolluq” dünyası yaratmaqdır.
Böyük avtomobil istehsalçıları proqram təminatının hazırlanmasında geri qalırlar

Böyük avtomobil istehsalçıları proqram təminatının hazırlanmasında geri qalırlar
Ənənəvi istehsal modelindən rəqəmsal iş formatına keçid bir çox ənənəvi avtomobil istehsalçıları üçün həddindən artıq mürəkkəb və baha başa gəlib. Yeni şəraitdə onlara müxtəlif yanaşmalar tətbiq etmək lazım gəlir.
Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır

Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır
Bu ay 8000 amerikalı arasında aparılmış sorğunun nəticələrinə görə, respondentlərin yalnız 14 %-i elektromobillərdə FSD (Full Self-Driving) sisteminin mövcudluğunu alışı stimullaşdıran amil kimi görüb.
Avropada Tesla-nın satışları 40% azalıb, BYD-nın satışları 3 dəfə artıb

Avropada Tesla-nın satışları 40% azalıb, BYD-nın satışları 3 dəfə artıb
İyul ayının yekunlarına görə Tesla elektromobil satışları kəskin şəkildə azalıb və bu, artıq 7-ci ay ardıcıl davam edir, rəqib BYD isə sürətli artım nümayiş etdirib. Bunu Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) statistikası sərgiləyib.
Tesla sabah hansısa yeniliyini təqdim edəcək

Tesla sabah hansısa yeniliyini təqdim edəcək
Tesla-nın rəhbəri Elon Musk-ın reklama qarşı ilkin antipatiyasına baxmayaraq, şirkət satışların azalması və rəqabətin kəskinləşməsi şəraitində ictimai sahədə diqqəti cəlb etməyə məcbur olur.
Həftənin xəbərləri

