
Toyota BYD-nin elektromobil hazırlama sürətindən heyrətə gəlib
Nəqliyyat
07.07.2025
Emil Nəcəfov
Hələ yaxın keçmişdə yeni avtomobilin yaradılması - ilk eskizdən istehsal xəttinə qədər - 4-5 il çəkirdi. Lakin elektromobil dövründə Çin avtomobil istehsalçıları bu qaydaları tamamilə dəyişib. İndi hazırlanma prosesi cəmi 2 il davam edir və yeni modellər bazara demək olar ki, smartfon və ya noutbuk yeniləmə tezliyi ilə çıxırlar. Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota belə bu tempa hazır deyildi. Toyota və BYD şirkətləri birgə hazırladıqları bZ3 modeli üzərində işləyərkən, yaponlar Çin şirkətinin avtomobil dizaynına bu qədər sürətli və fərqli yanaşmasından sözün əsl mənasında heyrətə gəlmişdilər. Reuters-in məlumatına görə, bZ3-ün yaradılması zamanı Toyota BYD-nin üsullarından “sarsılmış” vəziyyətdə qalıb.

BYD, sanki Silikon Vadisindəki startap kimi fəaliyyət göstərir. Mühəndislər layihənin artıq son mərhələsində belə dizayna ciddi dəyişikliklər etməkdən çəkinmirlər. Onların yanaşması İT şirkətlərinin fəlsəfəsini xatırladır: “çıxart və sonra düzəlt.” Avtomobil bazara ideal vəziyyətdə çıxmaya bilər, lakin satış üçün kifayət qədər yaxşı olur və zamanla təkmilləşdirilir. Toyota üçün bu yanaşma yad bir şeydir. Yaponlar dəqiqlik və səliqəlikəri ilə tanınırlar: hər bir model bir neçə prototip mərhələsindən keçir və bu prototiplərin hər biri 10 minlərlə kilometr sınaqdan keçirilir ki, əfsanəvi etibarlılığa nail olunsun. Məhz bu xüsusiyyət Toyota-nı uzunömürlülüyün simvoluna çevirib. Buna baxmayaraq, yaponlar etiraf edirlər ki, BYD-dən öyrənməli olduqları məqamlar var.

Toyota hələ də ehtiyatlı davranır, xüsusən də uzunmüddətli etibarlılıq məsələsində. Çünki Çin elektromobillərinin 10-15 il sonra necə davranacağı barədə fikir bildirmək hələ tezdir. Elektrik sedanı olan Toyota bZ3, BYD-nin Blade LFP batareyaları ilə təchiz olunub və Çin CLTC dövriyyə standartına əsasən 600 km-ə qədər məsafə qət edə bilir. Lakin əsas üstünlük qiymətidir: subsidiyalardan əvvəl cəmi 27 000$. Daha geniş və müasir görünüşlü bZ3X - GAC ilə birgə hazırlanmış model - isə cəmi 22 000$-a başa gəlir. Halbuki bu avtomobil lidar sistemi, Qualcomm və NVIDIA tərəfindən hazırlanmış qabaqcıl elektronika, həmçinin Momenta şirkətinin avtonom yürüş kompleksini özündə birləşdirir. Çin şirkətləri, o cümlədən BYD, inkişaf dövrünü aşağıdakılar hesabına qısaldır:
- Həftədə 6 gün, gündə 12 saatlıq iş rejimi
- Daha az prototip və test mərhələsi
- Simulyasiya və süni zəkanın geniş tətbiqi
- Komponentlər üzərində paralel şəkildə işləmək - ənənəvi mərhələli yanaşmadan fərqli olaraq.
2024-cü ildə BYD 4.3 milyon avtomobil satıb - bu, Toyota-nın (10.7 milyon) göstəricisindən 2 dəfə azdır, lakin artım tempi təsiredicidir. Şirkət artıq satış həcminə görə dünyada yeddinci avtomobil istehsalçısına çevrilib və yapon nəhəngini yaxalamaq və ötüb keçmək niyyətini gizlətmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
BYD ilk dəfə Avropadakı elektromobil satışlarına görə Tesla-nı geridə qoyub

BYD ilk dəfə Avropadakı elektromobil satışlarına görə Tesla-nı geridə qoyub
Çinin avtomobil nəhəngi BYD uzun müddətdir və haqlı olaraq elektromobil bazarında qlobal lider statusuna iddialıdır. Lakin Avropada yerli bazarın ləngliyi və Çindən gələn avtomobillərə qarşı artırılmış gömrük rüsumları səbəbilə, BYD məhsulları yalnız bu ilin aprel ayında Tesla elektromobillərini məşhurluq baxımından geridə qoya bilib.
Çin avtomobil sənayesinin növbəti inqilabı hidrogenlə çalışan avtomobillər olacaq

Çin avtomobil sənayesinin növbəti inqilabı hidrogenlə çalışan avtomobillər olacaq
Toyota Motor şirkəti hidrogen yanacaq qurğusu ilə işləyən avtomobillər sahəsində ən qədim iştirakçılardan biri olsa da, artıq satış həcminə görə Hyundai Motor şirkətinə uduzur və bu seqmentdə Çin avtomobil istehsalçılarının genişlənməsini ən ciddi təhlükə hesab edir.
Waymo və Toyota şəxsi avtonom avtomobillərin inkişafı üçün əməkdaşlıq elan ediblər

Waymo və Toyota şəxsi avtonom avtomobillərin inkişafı üçün əməkdaşlıq elan ediblər
Waymo və Toyota şəxsi istifadə üçün nəzərdə tutulan avtonom avtomobillərin inkişafı sahəsində Tesla ilə rəqabət aparmaq məqsədilə tərəfdaşlıq elan ediblər.
BYD bu il Tesla-nı geridə qoyaraq dünyanın ən böyük elektromobil istehsalçısı ola bilər

BYD bu il Tesla-nı geridə qoyaraq dünyanın ən böyük elektromobil istehsalçısı ola bilər
Çinin BYD şirkəti ötən ilin payızında gəlir baxımından Tesla-nı geridə qoymuşdu, dekabr ayına qədər isə dünyanın altıncı ən böyük avtomobil istehsalçısına çevrilmişdi. Şirkət 2024-cü ili daha yüksək gəlir və artım tempi ilə başa vurdu.
DeepSeek aktiv şəkildə Çin istehsalı avtomobillərə inteqrasiya edilir

DeepSeek aktiv şəkildə Çin istehsalı avtomobillərə inteqrasiya edilir
Müasir nəqliyyat vasitələrinin proqram imkanları potensial alıcıları texniki göstəricilər və dizayn qədər maraqlandırır, buna görə də Çin avtomobil istehsalçıları öz proqram təminatına DeepSeek texnologiyası əsasında yaradılmış çat-botların inteqrasiyasını fəal şəkildə həyata keçirməyə başlayıblar.
Həftənin xəbərləri

