Xiaomi SU7 elektromobilinin satışlarına rəsmi şəkildə start verilib - QİYMƏTİ
Nəqliyyat
29.03.2024
Emil Nəcəfov
Çində Xiaomi SU7 elektromobilinin satışlarına start verilib. Elektromobil bir neçə variantda satışa çıxıb və onu Xiaomi-nin Çindəki 29 şəhərində yerləşən 59 mağazasında ön sifariş etmək mümkündür. Hal-hazırda Xiaomi SU7-nin iki versiyası satışa çıxıb. Adi və Xiaomi SU7 Max. May ayının sonunda isə Xiaomi SU7 Pro modeli satışa çıxacaq. Beləliklə sözügedən elektromobillərin əsas göstəriciləri aşağıdakı kimidir.
Xiaomi SU7: Arxa təkər çəkimi, 5.28 saniyəyə saatda 100 km sürət yığımı, maksimal sürət saatda 210 km, bir dəfə şarj olunandan sonra 700 km yol qətt etmə imkanı, 15 dəqiqəlik şarj prosesindən sonra 350 km yol qətt etmə imkanı və Xiaomi Pilot Pro avtopilot sistemi
Xiaomi SU7 Pro: Arxa təkər çəkimi, 5.7 saniyəyə saatda 100 km sürət yığımı, maksimal sürət saatda 210 km, bir dəfə şarj olunandan sonra 830 km yol qətt etmə imkanı, 15 dəqiqəlik şarj prosesindən sonra 570 km yol qətt etmə imkanı və Xiaomi Pilot Max avtopilot sistemi.
Xiaomi SU7 Max: Ön və arxa təkər çəkimi, 2.78 saniyəyə saatda 100 km sürət yığımı, maksimal sürət saatda 264 km, bir dəfə şarj olunandan sonra 800 km yol qətt etmə imkanı, 15 dəqiqəlik şarj prosesindən sonra 510 km yol qətt etmə imkanı və Xiaomi Pilot Max avtopilot sistemi
Satış qiymətləri mövzusuna gəldikdə isə adi Xiaomi SU7 modeli 30 000$-a, SU7 Pro modeli 34 000$-a, SU7 Max modeli isə 41 000$-a satılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Mix Flip-in bəzi texniki imkanları açıqlanıb
Xiaomi Mix Flip-in bəzi texniki imkanları açıqlanıb
Xiaomi şirkəti bu il ərzində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etməlidir.
Redmi Note 13 Turbo-nun real fotosu şirkət rəsmisi tərəfindən təqdim edilib
Redmi Note 13 Turbo-nun real fotosu şirkət rəsmisi tərəfindən təqdim edilib
Redmi brendinin top menecerlərindən biri yaxın zamanda satışa çıxacaq yeni smartfonun real fotosunu təqdim edib.
Büdcəli POCO C61 smartfonu təqdim edilib - QİYMƏTİ
Büdcəli POCO C61 smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO C61-dən gedir.
Xiaomi CIVI 4 Pro təqdim olunub - QİYMƏTİ
Xiaomi CIVI 4 Pro təqdim olunub - QİYMƏTİ
Xiaomi şirkəti özünün CIVI seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Xiaomi CIVI 4 Pro-dan gedir.
Android 15-i əldə edəcək Xiaomi, Redmi və Poco cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb
Android 15-i əldə edəcək Xiaomi, Redmi və Poco cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb
Android 15-i əldə edəcək Xiaomi, Redmi və POCO smartfonları ilə planşetlərinin qeyri-rəsmi siyahısı internetdə ortaya çıxıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!