main-post-cover

    Adobe sosial şəbəkələrdə kanalların idarəsi üçün süni intellekt köməkçisini təqdim edib

    Proqram Təminatı
    30.10.2025
    Emil Nəcəfov
         Adobe şirkəti sosial şəbəkə kanallarının idarə olunması üçün nəzərdə tutulmuş yeni süni intellekt köməkçisini - Project Moonlight adlı sistemi Firefly platformasında təqdim edib. Sistem istifadəçinin sosial şəbəkələrdə paylaşdığı məzmunu və Creative Cloud layihə tarixçəsini analiz edərək onun üslubuna və ünsiyyət tonuna uyğun fərdiləşdirilmiş şəkillər, videolar və postlar yaradır. Adobe-nin izahına görə, Project Moonlight mərkəzləşdirilmiş yaradıcı administrator rolunda çıxış edir və Photoshop, Premiere Pro Lightroom kimi tətbiqlərdəki ixtisaslaşmış süni intellekt köməkçilərinin fəaliyyətini əlaqələndirir. İş prinsipi belədir: istifadəçi sadə mətnlə ideyasını təsvir edir, sistem isə avtomatik olaraq uyğun Adobe alətlərini işə salaraq həmin ideyanı reallaşdırır. Yeni süni intellekt köməkçisinin 3 əsas funksiyası var.
    - Birincisi, o, Creative Cloud kitabxanalarına və sosial şəbəkə hesablarına qoşularaq istifadəçinin vizual üslubunu və yaradıcılıq üstünlüklərini anlamaq üçün kontekstdən asılı yaradıcı intellektdən istifadə edir.
    - İkincisi, istifadəçinin süni intellekt ilə dialoq şəklində ifadə etdiyi ideyanı dərhal hazır media formatlarına çevirərək kontent yaradır.
    - Üçüncüsü, sosial şəbəkə kanallarının inkişafı üçün analitika və strategiyalar təqdim edir, trendləri müəyyənləşdirir və auditoriyanın böyüməsi ilə yaradıcı brendin möhkəmlənməsinə yönəlmiş kontent planları formalaşdırır.
         Məlumata görə, Project Moonlight-ın qapalı beta versiyası yaxın aylarda gözləmə siyahısına qeydiyyatdan keçmiş istifadəçilər üçün əlçatan olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Adobe Firefly-da videoların süni intellekt vasistəsilə səsləndirilməsi mümkün olacaq
    adobe-firefly-da-videolarin-suni-intellekt-vasistesile-seslendirilmesi-mumkun-olacaq
    Google Gemini foto redaktəsi sahəsində Adobe-un həlləri ilə rəqabət aparır
    google-gemini-foto-redaktesi-sahesinde-adobe-un-helleri-ile-reqabet-aparir
    Adobe Premiere-in iOS versiyası pulsuz şəkildə istifadəyə verilib
    adobe-premiere-in-ios-versiyasi-pulsuz-sekilde-istifadeye-verilib
    Adobe Premiere bu ayın sonunda iPhone üçün pulsuz istifadəyə veriləcək
    adobe-premiere-bu-ayin-sonunda-iphone-ucun-pulsuz-istifadeye-verilecek
    Photoshop-da yeni süni intellekt funksiyaları istifadəyə verilib
    photoshop-da-yeni-suni-intellekt-funksiyalari-istifadeye-verilib