main-post-cover

    Android 16-nın nə zaman istifadəyə veriləcəyi açıqlanıb

    Proqram Təminatı
    05.03.2025
    Emil Nəcəfov
         Bu il Android 16-nın buraxılışı adi vaxtdan daha tez - iyun ayında baş tutacaq. Bu barədə MWC 2025 sərgisində Google-un Android ekosistemi bölməsinin prezidenti Sameer Samat məlumat verib. Sameer Samat bildirib: "Hələlik hər şey qaydasındadır. Hər zaman buraxılışda istədiyimiz qədər az səhv olmasını arzulayırıq, lakin komanda böyük səylər göstərir və bu məqsədə nail olacağımıza inanırıq". Son illərdə Android-in yeni versiyaları adətən avqust və ya daha gec təqdim edilirdi və çox vaxt Pixel flaqman modellərinin satışa çıxarılması ilə eyni vaxta təsadüf edirdi. Lakin bu il Google inkişaf prosesini daha effektiv "Trunk Stable" adlı yeni modelə keçirdiyinə görə Android 16-nın buraxılışı daha erkən baş tutacaq.
         Sameer Samat izah edib: "Trunk Stable inkişaf modeli o deməkdir ki, Android üzərində işləyən hər kəs eyni kod şaxəsinə dəyişikliklər edir. Bu, sistemin daha mütəmadi və daha tez-tez yığılmasına imkan verir*. Əvvəlki yanaşmada hər kəs fərqli kod şaxələri üzərində işləyirdi və onları sonda birləşdirirdik. Bu isə problemlərin həlli və düzəlişlər üçün çox vaxt tələb edirdi. Əvvəlki buraxılış qrafikinin əsas səbəblərindən biri o idi ki, biz iyun ayında kodları birləşdirməyə hazırlaşırdıq. Daha sonra ilin sonuna qədər bu problemləri həll etməyə vaxt lazım olurdu. Buna görə də, şirkət daxilində qarşımıza məqsəd qoymuşuq: Bunu daha erkən həyata keçirə bilərikmi?". Son illərdə Google mövcud Android versiyalarının imkanlarını genişləndirsə də, əsas versiya buraxılışları şirkət üçün heç vaxt bu qədər vacib olmamışdı.
         Google-un rəhbərlərindən biri bildirib: "Bu il biz yeni buraxılışda hansı yeniliklərin olduğunu daha çox vurğulayacağıq. Dünyanın hər yerində Android-ə böyük maraq göstərən istifadəçilər var və onlar platformanın daha dərindən necə işlədiyini anlamaq istəyirlər. Bir çox istifadəçi yeni funksiyaları daha tez əldə etmək və Android-in daha tez-tez yenilənməsini istəyir. Bunu mümkün etmək üçün biz Android-i modullar və komponentlər şəklində bölmüşük. Bəzi əsas dəyişikliklər yalnız böyük bir sistem yeniləməsi ilə tətbiq oluna bilər, amma elə funksiyalar da var ki, onları daha tez-tez yeniləmək mümkündür. Yeni xüsusiyyətlər əlavə edəndə biz həmişə seçim qarşısında qalırıq: Bunu tam bir sistem yeniləməsinə saxlayaq, yoxsa istifadəçilərə Android-in rüblük yeniləmələri ilə təqdim edək? Biz Android buraxılışlarına müsbət rəy almışıq, çünki bu, istifadəçilərdə telefonlarının daim yaxşılaşdığı hissini yaradır". Hazırda Pixel cihazları üçün Android 16 Beta 2.1 versiyası əlçatandır. Google Android 16-nın yekun versiyası haqqında daha ətraflı məlumatı 20 may tarixində keçiriləcək Google I/O 2025 konfransında açıqlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini üçün yeni video imkanlar anons edilib (VIDEO)
    google-gemini-ucun-yeni-video-imkanlar-anons-edilib-video
    Google internetin işıq şüaları ilə hava üzərindən ötürülməsi texnologiyasını yaradıb
    google-internetin-isiq-sualari-ile-hava-uzerinden-oturulmesi-texnologiyasini-yaradib
    Google axtarış sistemindən özəl məlumatların silinməsi prosesi sadələşdirilib
    google-axtaris-sisteminden-ozel-melumatlarin-silinmesi-prosesi-sadelesdirilib
    YouTube, videoların ən uyğunsuz anlarında reklamlar sərgiləməyəcək
    youtube-videolarin-en-uygunsuz-anlarinda-reklamlar-sergilemeyecek
    Gmail-dəki avtorizasiya prosesində SMS kod üsulu QR kod ilə əvəzlənəcək
    gmail-deki-avtorizasiya-prosesinde-sms-kod-usulu-qr-kod-ile-evezlenecek