Android-də şübhəli tətbiqlər üçün karantin rejimi istifadəyə veriləcək
Proqram Təminatı
17.04.2024
Farid Pardashunas
İnsayderlər Android kodunda yeni təhlükəsizlik funksiyasını aşkar ediblər. Aşkar edilmiş yeni təhlükəsizlik funksiyası şübhəli tətbiqlərlə mübarizəyə istiqamətlənib. Bu funksiya avtomatik şəkildə çalışacaq və şübhəli tərkibə sahib istənilən tətbiqi karantinə yerləşdirəcək. Karantin funksiyası Google Play Protect antivirus sisteminin növbəti yeni aləti olmalıdır. Əgər Google Play Protect hər hansısa şübhəli tətbiqi aşkar etsə, tətbiq əməliyyat sistemindən izolyasiya ediləcək. Tətbiqin ikonu ekranda olduğu kimi qalacaq. Lakin onu işə salmaq mümkün olmayacaq. Karantinə yerləşdirilmiş tətbiq bildirişlər göndərə, digər tətbiqlərdən mesajları əldə edə, zənglər yerinə yetirə və karantindən fərdi şəkildə çıxa bilməyəcək. Məlumatda qeyd edilib ki, bu yeni funksiya Android 15-də deyil, daha sonrakı Android versiyalarından birində istifadəyə verilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bir YouTuber, Read Dead Redemption 2 oyununu smartfonda işə sala bilib! (Video)
Bir YouTuber, Read Dead Redemption 2 oyununu smartfonda işə sala bilib! (Video)
iPhone 15 seriyasının təqdimatı ilə "Assassin's Creed: Mirage", "Death Stranding" və "Resident Evil 7" kimi oyunları cibimizdəki smartfonlarda oynana biləcəyimizi görmüşdük. Lakin bu oyunların tək-tək çıxmasını gözləməyən bir YouTuber "Read Dead Redemption 2" oyununu Android smartfonda işə salmağı bacarıb.
Keçən il Android-dən iOS-ə neçə faiz istifadəçi keçid edib?
Keçən il Android-dən iOS-ə neçə faiz istifadəçi keçid edib?
Consumer Intelligence Research Partners (CIRP) analitik şirkəti 2023-cü ildə Android-dən iOS-ə keçid etmiş istifadəçilərin sayını hesablayıb.
Android cihazlar üçün nəzərdə tutulmuş yeni təhlükəli virus aşkar edilib
Android cihazlar üçün nəzərdə tutulmuş yeni təhlükəli virus aşkar edilib
McAfee şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri XLoader adlı Android virusun daha təkmilləşdirilmiş təhlükəli versiyasını aşkar ediblər.
Google istifadəçiləri dələduz tətbiqlərdən qoruyacaq
Google istifadəçiləri dələduz tətbiqlərdən qoruyacaq
Google şirkəti özünün Play Protect servisinin iatifadəyə veriləcək yeni funksiyasından danışıb.
Android cihazlar üçün olan virus 12 ədəd mobil tətbiqdə aşkar edilib
Android cihazlar üçün olan virus 12 ədəd mobil tətbiqdə aşkar edilib
Distant şəkildə Android cihazdan məlumatları ələ keçirtməyə imkan verən VajraySpy adlı troyan (trojan) 12 ədəd mobil tətbiqdə aşkar edilib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!