main-post-cover

    Android üçün telefon dələduzluğundan yeni qorunma həlləri hazırlanır

    Proqram Təminatı
    14.05.2025
    Emil Nəcəfov
         Google şirkəti Android mobil platformasına istifadəçiləri telefon dələduzlarından qorumağa yönəlmiş bir neçə yeni funksiya əlavə edir. Tərtibatçılar aldatma halları ilə mübarizə aparmaq üçün yeni alətlər yaratmağa davam edir və Android cihazlarını hərtərəfli şəkildə qorumağı qarşılarına məqsəd qoyublar. Yeniliklərdən biri, tanımadığınız şəxslərlə ünsiyyət zamanı brauzerlərdən, messencerlərdən və digər mənbələrdən tətbiqlərin yüklənməsinin bloklanması olacaq.
         Bundan əlavə, Android telefon danışığı zamanı tətbiqlərə həssas icazələrə çıxış verməyə imkan verməyəcək. Bu tədbirlər potensial təhlükəli tətbiqlərin cihaz üzərində nəzarəti ələ keçirməsinin və şəxsi məlumatların oğurlanmasının qarşısını almağa yönəlib. Danışıq zamanı istifadəçi parametrləri dəyişməyə cəhd etdikdə, ekranda belə bir xəbərdarlıq görünəcək: “Bu ayar cihazınızı qorumaq üçün bloklanıb”.
         Google eyni zamanda xəbərdarlıq edəcək: “Dələduzlar tətbiqə giriş icazəsi verməyinizi istəyərək cihazınıza sahib çıxmağa cəhd göstərə bilərlər”. Artıq Android zəng zamanı Play Protect təhlükəsizlik xidmətinin deaktiv edilməsinə imkan vermir. Google-un məlumatına görə, yeni funksiyalar istifadəçinin cihazında lokal olaraq işləyir və dələduzların qurbanı aldadaraq zərərli tətbiq quraşdırmağa və ya ona çıxış verməyə məcbur etməsinin qarşısını almağa yönəlib. Hər iki funksiya tezliklə Android 16 ilə çalışan cihazlarda istifadəyə veriləcək.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android-də batareyanın vəziyyəti funksiyası məhdud sayda smartfonda istifadəyə veriləcək
    android-de-batareyanin-veziyyeti-funksiyasi-mehdud-sayda-smartfonda-istifadeye-verilecek
    NFC üzərindən bank kartı məlumatlarını oğurlayan yeni Android virus aşkarlanıb
    nfc-uzerinden-bank-karti-melumatlarini-ogurlayan-yeni-android-virus-askarlanib
    Android-də iOS-in təhlükəsizlik funksiyası istifadəyə veriləcək
    android-de-ios-in-tehlukesizlik-funksiyasi-istifadeye-verilecek
    Android ən çox enerji sərf edən tətbiqləri daha effektiv təyin edəcək
    android-en-cox-enerji-serf-eden-tetbiqleri-daha-effektiv-teyin-edecek
    ChatGPT-ni Android-də standart köməkçi kimi istifadə etmək mümkün olub
    chatgpt-ni-android-de-standart-komekci-kimi-istifade-etmek-mumkun-olub