main-post-cover

    Apple iOS 18-də ChatGPT-nin istifadəsi mövzusunda OpenAI ilə razılığa gəlib

    Proqram Təminatı
    13.05.2024
    Emil Nəcəfov
         Apple şirkəti gələn ay keçiriləcək WWDC 2024 konfransı çərçivəsində süni zəka funksiyalarına sahib iOS 18 əməliyyat sistemini təqdim edəcək. Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən iOS 18 tərkibində istifadəyə veriləcək süni zəka funksiyalarının bir hissəsi heç də Apple şirkətinin süni zəka modeli əsasında çalışmayacaq. Bloomberg saytının vermiş olduğu yeni məlumata əsasən Apple şirkəti bu mövzuda OpenAI ilə danışıqların yekunlaşdırıcı mərhələsindədir.
         Bloomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, iOS 18-də olacaq süni zəka funksiyalarının bir hissəsi məhz ChatGPT çat-botu əsasında çalışacaq. Bu barədə təfərrüatlar artıq WWDC 2024 konfransı çərçivəsində təqdim ediləcək. “Anonim mənbələrin sözlərinə əsasən hər iki tərəf ChatGPT funksiyalarının iOS 18-də istifadə şərtlərinin razılaşdırılması məsələsində yekunlaşdırıcı mərhələdədir. Apple həmçinin Gemini adlı çat-botun lisenziyalaşdırılması mövzusunda Google ilə də danışıqlar aparıb. Lakin Google ilə olan danışıqlar hələ heç bir nəticəyə gətirməyiblər. Bununla belə Google ilə danışıqlar da davam edir” - deyə Mark Gurman qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple qatlana bilən cihazı üçün elastiki ekran istehsalçısını seçib
    apple-qatlana-bilen-cihazi-ucun-elastiki-ekran-istehsalcisini-secib
    Yenilənmiş Siri Apple şirkətinin süni zəka strategiyasının əsas hissəsinə çevriləcək
    yenilenmis-siri-apple-sirketinin-suni-zeka-strategiyasinin-esas-hissesine-cevrilecek
    Apple, iPad Pro-nun təqdimatında yayımladığı reklam çarxına görə üzr istəyib!
    apple-ipad-pro-nun-teqdimatinda-yayimladigi-reklam-carxina-gore-uzr-isteyib
    Apple qatlana bilən cihazlar üçün şarnir konstruksiyasını patentləşdirib
    apple-qatlana-bilen-cihazlar-ucun-sarnir-konstruksiyasini-patentlesdirib
    Apple M4 prosessoru Geekbench 6 testindən keçib
    apple-m4-prosessoru-geekbench-6-testinden-kecib