
Apple iOS 19 əvəzinə iOS 26-nı təqdim edəcək
Proqram Təminatı
29.05.2025
Emil Nəcəfov
Apple əməliyyat sistemləri seriyası üçün genişmiqyaslı rebrendinq hazırlayır. Bu barədə məşhur insayder Mark Gurman şirkətdaxili mənbələrə istinadən məlumat verib. Gələcəkdə Apple-ın əməliyyat sistemləri versiya nömrələrinə görə deyil, buraxılış ilinə görə adlandırılacaq. Beləliklə, iOS 18-dən sonra iOS 19 yox, iOS 26 təqdim olunacaq. Eyni şəkildə digər platformaların da adlandırılması dəyişəcək: iPadOS 26, macOS 26, watchOS 26, tvOS 26 və visionOS 26. Məlumata əsasən bu dəyişikliklərin məqsədi brendinqin unifikasiyası və müxtəlif sistemlərin fərqli nömrələnməsi səbəbindən yaranan qarışıqlığın aradan qaldırılmasıdır.

Hazırda, məsələn, iOS 18, watchOS 12, macOS 15 və visionOS 2 aktiv versiyalardır. Bu fərqlilik həmin sistemlərin müxtəlif illərdə istifadəyə verilməsi ilə izah olunur. Apple bu dəyişikliklərlə bağlı hələlik rəsmi şərh verməyib. Yeni adlandırma sxeminin 9 iyunda başlayacaq WWDC 2025 konfransında təqdim olunacağı gözlənilir. Ad dəyişiklikləri ilə yanaşı, Apple bütün platformalar üçün yenilənmiş interfeysləri də göstərəcək. Şirkət daxilində bu yeni dizayn Solarium kod adı ilə tanınır.
Apple-ın yanaşması Samsung və Microsoft-un təcrübəsini xatırladır. 2020-ci ildə Samsung Galaxy S10-dan birbaşa Galaxy S20-yə keçdi ki, cihazın adı buraxılış ili ilə uyğunlaşsın. Microsoft isə bir zamanlar Windows 95, Windows 98 və Windows 2000 adlarında olduğu kimi, illəri məhsul adlarında istifadə edirdi, lakin sonradan bu sxemdən imtina etdi. Apple-ın strategiyasının özəlliyi ondadır ki, şirkət cari ili deyil, gələcək ili istifadə edəcək. Məsələn, 2025-ci ilin payızında çıxacaq əməliyyat sistemləri 2026-cı il adı ilə təqdim olunacaq. Apple bu praktikanı əvvəllər də tətbiq edib - xüsusilə, 2007-ci ildə təqdim edilmiş iWork ’08 və iLife ’08 paketlərində, həmçinin 2010-cu ildə buraxılmış iLife ’11-də.
Mənbə: Bloomberg
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple bütün əməliyyat sistemlərinin redizaynını hazırlayır

Apple bütün əməliyyat sistemlərinin redizaynını hazırlayır
Nüfuzlu insayder Mark Gurman dəfələrlə bildirib ki, iOS 19 əməliyyat sistemi Apple-ın mobil platformasında dizayn və interfeys baxımından əhəmiyyətli dəyişikliklər gətirəcək.
Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub

Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub
Canalys analitik agentlik 2025-ci ilin birinci rübü üzrə taxıla bilən elektronika bazarı ilə bağlı hesabatını dərc edib. Bu kateqoriyaya hazırda məşhur olan ağıllı saatlar və qolbaqlar daxildir.
iPhone 17 Pro-nun gövdə dizaynında hansı dəyişikliklər olacaq?

iPhone 17 Pro-nun gövdə dizaynında hansı dəyişikliklər olacaq?
Apple sentyabr ayında iPhone 17 Pro modelini təqdim etməyə hazırlaşır və bu model əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənəcək bir sıra dəyişiklikləri özündə birləşdirəcək.
iPhone istehsalının ABŞ-a köçürülməsi uzun illər çəkə bilər

iPhone istehsalının ABŞ-a köçürülməsi uzun illər çəkə bilər
Keçən həftə ABŞ prezidenti Donald Trump-ın smartfonların idxalına 25% gömrük rüsumu tətbiq edəcəyinə dair verdiyi vədlə yadda qala bilərdi. Bu siyasətin ilk hədəfi isə Apple şirkəti oldu.
Apple, Google, Microsoft və digər servislərin 180 milyon istifadəçisinin məlumatları internetdə yerləşibmiş

Apple, Google, Microsoft və digər servislərin 180 milyon istifadəçisinin məlumatları internetdə yerləşibmiş
Kibertəhlükəsizlik üzrə tədqiqatçı Jeremiah Fowler açıq şəkildə əlçatan olan bir məlumat bazası aşkarlayıb. Bu bazada Apple, Google, Facebook, Microsoft, Discord və digər xidmətlərə aid 184 milyondan çox istifadəçi adı və şifrə mövcuddur.
Həftənin xəbərləri

