
Apple öz yeni əməliyyat sistemlərindəki dizayn dəyişikliyinə işarə edib
Proqram Təminatı
03.06.2025
Emil Nəcəfov
WWDC 2025 konfransından əvvəl Apple rəsmi olaraq tədbirin şüarını elan edib - Sleek peek (hamar görünüş). Bu, şirkətin yalnız yeni funksiyalar deyil, həm də bütün əməliyyat sistemləri, o cümlədən iOS və macOS üçün dizayn baxımından ciddi yeniliklər təqdim etməyə hazırlaşdığını göstərir. Məlumata əsasən Apple WWDC 2025-də əməliyyat sistemlərinin yeni versiyaları olacaq iOS 26, iPadOS 26, macOS 26, tvOS 26, watchOS 26 və visionOS 26-nı təqdim edəcək.

Adlardan da göründüyü kimi, artıq bu sistemlərin versiya nömrələri buraxılış ilinə uyğunlaşdırılacaq. Şirkət bununla proqram təminatını daha sadə və vahid hala gətirmək, brendinqi istifadəçilər üçün daha ardıcıl və aydın etmək istəyir. Gözləntilərə əsasən bütün əməliyyat sistemləri visionOS interfeysindən ilhamlanmış ümumi vizual üslub əldə edəcəklər. Şəffaflıq effektləri və şüşəyə bənzər materiallar əlavə olunacaq. Eyni zamanda, tətbiqlərin daxilində naviqasiya dəyişəcək, yeni ikonlar təqdim olunacaq və daha müasir dizayn yanaşması tətbiq ediləcək. Tədbir artıq 1 həftə sonra başlayacaq və əsas diqqət Apple ekosisteminin gələcəyinə yönələcək.
Linki kopyala
apple ios 26
apple ipados
ios 26
macos 26
watchos 26
apple
apple macos 26
apple wwdc 2025
apple ios
apple ipados 26
apple watchos
apple watchos 26
ipados 26
apple macos
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu ilin sonuna kimi Instagram-ın iPad-lər üçün versiyası təqdim oluna bilər

Bu ilin sonuna kimi Instagram-ın iPad-lər üçün versiyası təqdim oluna bilər
Keçən həftə Meta şirkəti, iPad istifadəçilərinin çoxdankı arzusunu reallaşdıraraq Apple planşetlərinin böyük ekranlarına uyğunlaşdırılmış xüsusi WhatsApp tətbiqini təqdim etdi. Şirkət bununla kifayətlənməyəcək və iPad planşetləri üçün daha bir məşhur tətbiqi optimallaşdıracaq.
Təqdimata hazırlaşan növbəti Apple macOS-un necə adlanacağı məlum olub

Təqdimata hazırlaşan növbəti Apple macOS-un necə adlanacağı məlum olub
Apple şirkətinin bir neçə böyük elan edəcəyi və əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcəyi WWDC 2025 konfransı yaxınlaşır. Artıq məlumdur ki, macOS-un növbəti versiyası 19 deyil, 26 nömrəsini alacaq və indi onun adı da bəlli olub.
Tərtibatçılar 2024-cü ildə App Store vasitəsilə 406 milyard dollar gəlir əldə ediblər

Tərtibatçılar 2024-cü ildə App Store vasitəsilə 406 milyard dollar gəlir əldə ediblər
ABŞ-ın tənzimləyici orqanlarının artan təzyiqləri fonunda, Apple App Store ekosisteminin 2024-cü ildə tərtibatçılara 406 milyard dollar həcmində satış imkanı yaratdığını göstərən müstəqil tədqiqatın nəticələrini açıqlayıb.
Apple Avropa Birliyi tərəfindən 500 milyon avro məbləğində cərimələnə bilər

Apple Avropa Birliyi tərəfindən 500 milyon avro məbləğində cərimələnə bilər
Avropa Komissiyasının dərc etmiş olduğu qərara əsasən Apple şirkətinin App Store qaydaları hələ də Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərinə cavab vermir.
iPhone 16 bu ilin birinci rübündə ən çox satılmış smartfon olub

iPhone 16 bu ilin birinci rübündə ən çox satılmış smartfon olub
Counterpoint Research məlumatlarına əsasən, iPhone 16 2025-ci ilin birinci rübündə dünyanın ən çox satılan smartfonu olub. Bu nailiyyət Yaponiya və Afrika ölkələrində tələbatın artması, həmçinin Apple-ın uğurlu qiymət strategiyası sayəsində mümkün olub.
Həftənin xəbərləri

