main-post-cover

    Apple Avropa Birliyi tərəfindən 500 milyon avro məbləğində cərimələnə bilər

    Tech-Biznes
    30.05.2025
    Emil Nəcəfov
         Avropa Komissiyasının dərc etmiş olduğu qərara əsasən Apple şirkətinin App Store qaydaları hələ də Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərinə cavab vermir. Tənzimləyici orqan Apple-a vəziyyəti düzəltmək üçün 30 gün vaxt verib. Əgər bu müddətdə tələblər yerinə yetirilməzsə, şirkət günlük gecikməyə görə əlavə cərimələrlə üzləşəcək. Yaxın dövrə qədər Apple bütün rəqəmsal alışların yalnız öz ödəmə sistemi vasitəsilə aparılmasını tələb edirdi və bu zaman 15-30% komissiya tuturdu. Tərtibatçılara alternativ ödəniş yollarını təklif etmək qadağan idi. Lakin Avropa Komissiyası ötən ay Apple şirkətini 500 milyon avro məbləğində cərimələyib, çünki şirkət istifadəçilərin başqa ödəniş üsullarına yönləndirilməsinə qadağa qoymuşdu.
         Məlumata əsasən daha əvvəl Epic Games ilə məhkəmə mübahisəsi çərçivəsində ABŞ-da da bu cür praktika anti-rəqabətli hesab edilmiş və qadağan olunmuşdur. 2024-cü ilin mart ayında Apple, Avropada DMA tələblərinə uyğunlaşmaq məqsədilə bəzi dəyişikliklər etdiyini elan etdi. Şirkət tətbiqlərin üçüncü tərəf mağazaları vasitəsilə yayımlanmasına icazə verdi, lakin xarici tranzaksiyalar üçün komissiya saxlamağa davam etdi. Avropa Komissiyası isə bu yanaşmanı qəbuledilməz hesab etdi. Qərarda bildirilir ki, bu cür əməliyyatlar tamamilə pulsuz olmalıdır: “İstifadəçilərin yönləndirilməsi üçün tərtibatçılardan tutulan məbləğ sıfır olmalıdır”.
         Komissiya həmçinin qeyd edib ki, Apple yalnız alternativ ödəniş üsullarının istifadəsinə icazə verməyi öz öhdəliyi hesab edir, amma bu yolların texniki baxımdan tətbiq edilməsini təmin etməyə borclu olmadığını iddia edir. Tənzimləyici bu mövqe ilə razılaşmayıb. Apple bu qərar barədə aprel ayında məlumatlandırılıb və ona 60 gün vaxt verilib. Hazırda qalan 30 gün şirkət üçün həlledici ola bilər. Bu arada, tərtibatçılar arasında alternativ ödəniş sistemlərinə maraq artır. Bu barədə Worldline şirkətinin - Avropanın aparıcı ödəniş xidmətləri və rəqəmsal həllər üzrə şirkətlərindən birinin - direktoru Jonas Martins məlumat verib: “Epic Games, SpotifyPatreon da daxil olmaqla böyük oyunçular artıq yeni imkanları dəyərləndirirlər. Bu, ödəmə rahatlığını artıracaq və tərtibatçıların gəlirlərini yüksəltməyə imkan verəcək”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 bu ilin birinci rübündə ən çox satılmış smartfon olub
    iphone-16-bu-ilin-birinci-rubunde-en-cox-satilmis-smartfon-olub
    Apple oyunlar üçün Game Center əvəzinə yeni tətbiqi istifadəyə verəcək
    apple-oyunlar-ucun-game-center-evezine-yeni-tetbiqi-istifadeye-verecek
    Apple iOS 19 əvəzinə iOS 26-nı təqdim edəcək
    apple-ios-19
    Apple bütün əməliyyat sistemlərinin redizaynını hazırlayır
    apple-butun-emeliyyat-sistemlerinin-redizaynini-hazirlayir
    Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub
    xiaomi-qlobal-agilli-saat-ve-qolbaqlar-bazarinda-apple-sirketini-geride-qoyub