
Avropa Birliyi internetdəki insanların yaşlarını yoxlayacaq tətbiqi istifadəyə verəcək
Proqram Təminatı
02.06.2025
Emil Nəcəfov
İyul ayında Avropa Birliyi rəhbərliyi yeni bir tətbiq istifadəyə verəcək. Bu tətbiq vasitəsilə region sakinləri bəzi rəqəmsal platformalara qeydiyyat və istifadə zamanı yaşlarını təsdiq edə biləcəklər. Bu, yaxın gələcəkdə bu platformaların administrasiyaları üçün internetdə yetkinlik yaşına çatmayanların qorunmasına yönəlik qaydaların sərtləşdirilə biləcəyini göstərə bilər. Yeni tətbiq istifadəçilərə şəxsi məlumatlarını platformalarda açıqlamadan yaşlarını təsdiqləməyə imkan verəcək. Bu alət, 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan Avropa Birliyi vətəndaşları üçün rəqəmsal identifikasiya vəsiqəsinin bir növ ilkin versiyası olacaq.

Hazırda Avropa Birliyində onlayn platformalarda yaşın yoxlanılması ilə bağlı vahid bir tələb mövcud deyil. Lakin region rəhbərliyi artıq yetkinlik yaşına çatmayanlara xidmət göstərən və ya böyüklər üçün məzmun ehtiva edə biləcək saytlara qarşı müəyyən hüquqi öhdəliklər tətbiq edib. Yaşın təsdiqi üçün bu cür tətbiqin mövcudluğu Avropa Birliyi rəhbərliyinə, təhlükələri yetərincə qiymətləndirməyən və onların idarəsinə yönəlik öz təşəbbüsü ilə kifayət qədər addım atmayan rəqəmsal platformalar üçün qaydaları daha da sərtləşdirməyə imkan verə bilər.
“Yetkinlik yaşına çatmayanların qorunması bizim üçün prioritetdir və biz bu istiqamətdə yeni tədbirlər görəcəyik. Platformalar tərəfindən baxıldıqda, əgər onlar yetkinlik yaşına çatmayanlar üçün yüksək təhlükəsizlik, məxfilik və qoruma səviyyəsinə malik sistemlər yaratsalar, bu çox yaxşı olar” - deyə Avropa Birliyinin texnologiya departamentinin rəhbəri Henna Virkkunen Financial Times qəzetinə bildirib. Brüssel həmçinin istəyir ki, yetkinlik yaşına çatmayan istifadəçilərin hesabları avtomatik olaraq qapalı (məhdud görünən) rejimdə olsun. Bu da onların tanımadıqları şəxslərlə arzuolunmaz əlaqə risklərini azalda bilər.

Region rəhbərliyi eyni zamanda platformaların asılılıq yaradan mexanizmlərinə də məhdudiyyətlər qoymaq niyyətindədir. Meta və TikTok-a qarşı bu və “dovşan yuvası effekti” (yəni istifadəçiləri sürükləyici məzmuna salaraq uzun müddət bağlı saxlayan alqoritmlər) ilə bağlı artıq araşdırmalar başlanılıb. Əgər müəyyən edilsə ki, bu şirkətlər Avropa Birliyi qaydalarına əməl etmirlər, onları cərimələr gözləyir. “Bir çox onlayn platforma güclü asılılıq yaradan mexanizmlərdən istifadə edir. Yetkinlik yaşına çatmayanlar bu tətbiqlərdə saatlarla vaxt keçirirlər, günlərini tamamilə telefonda keçirirlər. Bu isə, şübhəsiz, onların rifahına təsir göstərir” - deyə Virkkunen vurğulayıb.
Bir neçə Avropa ölkəsinin hakimiyyət orqanları artıq bütün Avropa Birliyi miqyasında sosial şəbəkələrə giriş üçün minimum yaş həddinin müəyyən olunmasında israr edirlər. Bu fikrə cavab olaraq, finlandiyalı siyasətçi bildirib ki, bu barədə razılığa gəlmək asan olmayacaq, çünki Avropa Birliyi ölkələrində müxtəlif xidmətlər fəaliyyət göstərir və mədəniyyət fərqləri mövcuddur. O bunun əvəzinə platforma administrasiyaları ilə dialoqu inkişaf etdirməyi təklif edib. Çünki onlar təqdim etdikləri riskləri özləri dəyərləndirib yumşaltmaq imkanına malikdirlər. Əgər ticarət məsələlərində Brüssel və Vaşinqtonun mövqeləri fərqlənsə də, uşaqların qorunması onların tam həmrəy olduqları sahələrdən biridir. O, son Vaşinqton səfəri zamanı bu mövzunu ABŞ rəsmiləri və texnologiya şirkətlərinin rəhbərləri ilə müzakirə etdiyini və bütün hallarda yetkinlik yaşına çatmayanların qorunmasının prioritet kimi göstərildiyini bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Donald Trump Avropa mallarına 50% gömrük rüsumunun tətbiqini 9 iyula kimi təxirə salıb

Donald Trump Avropa mallarına 50% gömrük rüsumunun tətbiqini 9 iyula kimi təxirə salıb
Hazırkı ABŞ prezidenti Donald Trump-ın hərəkətlərini bəzən ardıcıl adlandırmaq çətindir, lakin o, proqnozlaşdırılması mümkün olmayan bu özəlliyindən tərəfdaşlarla danışıqlarda olduqca məharətlə istifadə edir.
ABŞ Avropa Birliyindən sərt süni zəka qanunlarından imtina etməyi tələb edir

ABŞ Avropa Birliyindən sərt süni zəka qanunlarından imtina etməyi tələb edir
Avropa Birliyi süni zəka tərtibatçıları üçün alqoritmlərin şəffaflığına, risklərin azaldılmasına və müəllif hüquqlarının qorunmasına dair tələbləri sərtləşdirəcək qaydalar toplusu hazırlayır.
Avropa Birliyi şifrələnmiş mesajların sındırılması üçün qanunvericilik hazırlayır

Avropa Birliyi şifrələnmiş mesajların sındırılması üçün qanunvericilik hazırlayır
Avropa hakimiyyət orqanları istehlakçı cihazlarında və xidmətlərdə şifrələnmiş məlumatlara çıxış imkanı verəcək qanunvericilik bazası hazırlayır.
Avropa Birliyi Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro məbləğində cərimələyib

Avropa Birliyi Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro məbləğində cərimələyib
Apple və Meta Avropa Birliyinin Rəqəmsal Bazarlar Aktına (Digital Markets Act - DMA) zidd hərəkət etdiklərinə görə cərimələnmiş ilk şirkətlər olublar.
Avropa "süni zəka qitəsi"nə çevrilməyi planlaşdırır

Avropa "süni zəka qitəsi"nə çevrilməyi planlaşdırır
Avropa Birliyi rəsmiləri yerli süni zəka sektorunu təşviq etmək və onu ABŞ və Çinlə sərt rəqabət şəraitində gücləndirmək məqsədilə bir plan təqdim ediblər. Bu addım, regionda süni zəka ilə bağlı mövcud qaydaları tənqid edən yerli inkişaf etdiricilərin çıxışlarından sonra atılıb.
Həftənin xəbərləri

