
Microsoft gələn il Windows 11 SE-nin dəstəyini dayandıracaq
Proqram Təminatı
01.08.2025
Emil Nəcəfov
Gələn il, təqdimatından 5 il sonra, Microsoft ucuz noutbuklar üçün nəzərdə tutulmuş və Google Chromebook sinifli kompüterlərlə rəqabət aparmaq məqsədi daşıyan Windows 11 SE əməliyyat sisteminin dəstəyini dayandıracaq. Windows 11 SE yalnız təhsil müəssisələri üçün nəzərdə tutulmuş kompüterlərdə təqdim olunurdu və məqsəd bu qurumların ChromeOS-i seçmələrinin qarşısını almaq idi. Microsoft-un texniki dəstək bölməsində yerləşdirilmiş elanda deyilir: “2026-cı ilin oktyabrında Windows 11 SE-nin dəstəyi dayandırılacaq, o cümlədən proqram təminatı yeniləmələri, texniki dəstək və təhlükəsizlik yeniləmələri də. Cihazınız işləməyə davam edəcək, lakin gələcəkdə dəstək və təhlükəsizliyin təmin olunması üçün Windows 11-in dəstəklənən başqa bir versiyasına keçməyinizi tövsiyə edirik”.

Windows 11 SE platforması artıq 25H2 yeniləməsini almayacaq, yəni dəstək müddəti başa çatana qədər bu əməliyyat sistemi 24H2 versiyasında işləməyə davam edəcək. Bu əməliyyat sistemi ilə işləyən noutbuklar Acer, ASUS, Dell, Dynabook, Fujitsu, HP, JK-IP, Lenovo və Positivo kimi istehsalçılar tərəfindən təqdim edilib. Hətta Microsoft özü də 2021-ci ildə 249$ qiymətinə satılmış Surface Laptop SE modelini satışa çıxarmışdı. Şirkət illərlə ChromeOS ilə rəqabət aparmağa çalışsa da, bu cəhdlər böyük uğur gətirmədi. Bu səylərdən biri Windows 10-un yalnız Microsoft Store-dan yüklənən tətbiqlərlə işləməsinə imkan verən S Mode rejimi idi. Lakin mağazadakı məhdud tətbiq çeşidi istifadəçiləri məyus etmişdi.

Bənzər yanaşma Windows 11 SE-də də tətbiq olunmuşdu: məktəblərə ənənəvi Win32 tətbiqləri əvəzinə veb-tətbiqlər (Progressive Web Apps - PWA) quraşdırmaları tövsiyə olunurdu. Lakin bəzi hallarda Win32 tətbiqləri tələb olunduğuna görə, sistem administratorları üçün istisnalar yaratmaq lazım gəlirdi və Microsoft bu sistemdə istifadə olunan proqram təminatına ciddi nəzarət edirdi. Microsoft-un Windows 11 SE layihəsini bağlamaq qərarından 1 il əvvəl Gartner analitikləri bildirmişdilər ki, ChromeOS ilə işləyən noutbukların bazar payı azalmaqdadır - bunun səbəbləri kimi kiçik istifadəçi bazası və zəif yığım keyfiyyəti göstərilirdi. 2022-ci ildən etibarən Chromebook tədarükü azalır və alıcılar yeni kompüter seçərkən getdikcə daha çox Windows 11 sistemli modellərə üstünlük verirlər, ChromeOS-ə keçid isə artıq əvvəlki qədər maraq doğurmur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Aparıcı İT şirkətlər süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər

Aparıcı İT şirkətlər süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər
Aparıcı texnologiya şirkətləri rüblük hesabatlarda təsirli maliyyə nəticələri nümayiş etdirərək süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər.
İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar

İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar
ABŞ-da İşgüzar Təcrübənin Yaxşılaşdırılması Bürosuna (Better Business Bureau) daxil olan Milli Reklam Şöbəsi (National Advertising Division, NAD) Apple, Google, Microsoft və Samsung şirkətlərinin süni intellektlə bağlı məhsulları reklam edən bir çox marketinq materiallarını araşdırıb və tənqid edib.
Süni zəkanın ələ keçirəcəyi və keçirə bilməyəcəyi peşələrin siyahısı təqdim edilib

Süni zəkanın ələ keçirəcəyi və keçirə bilməyəcəyi peşələrin siyahısı təqdim edilib
Aparılmış tədqiqatda ChatGPT/Copilot ilə 200 000-dən çox qarşılıqlı əlaqə analiz olunub və avtomatlaşdırılmış sistemlərin artıq yerinə yetirdikləri və ya yaxın gələcəkdə tam şəkildə yerinə yetirə biləcəkləri peşələr müəyyən edilib.
Microsoft-un bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçib

Microsoft-un bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçib
Məlumata görə, 4 trilyon dollar bazar dəyəri klubuna ikinci şirkət də daxil olub. Çərşənbə günü müsbət maliyyə hesabatı dərc edildikdən sonra Microsoft-un səhmləri 8% artaraq proqram təminatı nəhənginin bazar dəyərini təxminən 4.1 trilyon dollara çatdırıb.
Microsoft OpenAI-nin texnologiyalarını itirmək istəmir
Microsoft OpenAI-nin texnologiyalarını itirmək istəmir
OpenAI-nin ən böyük investoru olan Microsoft korporasiyası, perspektivli startapın hazırladığı texnologiyalara çıxış imkanını itirmək istəmir və şirkətlə olan müqaviləni elə şəkildə dəyişdirməyə çalışır ki, gələcəkdə də OpenAI-nin süni intellekt sahəsindəki yeniliklərindən istifadə edə bilsin.
Həftənin xəbərləri

