
ChatGPT birbaşa çatda Spotify, Canva, Figma və s. tətbiqləri işə salmağı öyrənib (VİDEO)
Proqram Təminatı
07.10.2025
Emil Nəcəfov
OpenAI şirkəti illik DevDay 2025 tədbirində ChatGPT daxilində üçüncü tərəf tətbiqlərini yaratmaq və onlarla qarşılıqlı əlaqə qurmaq üçün yeni üsul təqdim edib. Bazar ertəsindən etibarən çat-bot istifadəçiləri Booking.com, Expedia, Spotify, Figma, Coursera, Zillow və Canva kimi şirkətlərin tətbiqlərinə birbaşa daxil ola biləcəklər. OpenAI həmçinin Apps SDK adlı yeni inkişaf alətinin ilkin versiyasını istifadəyə verir. Bu alət proqramçılara ChatGPT daxilində tətbiqlər yaratmaq və onları dəstəkləmək imkanı təqdim edir. OpenAI-nin baş direktoru Sam Altman bildirib: “Biz istəyirik ki, ChatGPT insanların irəliləyiş əldə etməsi, daha məhsuldar və yaradıcı olması, daha sürətlə öyrənməsi və həyatlarında etdikləri hər şeyi daha yaxşı etməsi üçün mükəmməl bir vasitəyə çevrilsin. ChatGPT daxilindəki tətbiqlər interaktiv, adaptiv və fərdiləşdirilmiş proqram təminatının yeni nəslinin yaranmasına imkan verəcək”.
ChatGPT-də tətbiqlər üçün yaradılan yeni sistem OpenAI-nin süni intellekt əsaslı əsas məhsulu ətrafında tətbiq ekosistemi formalaşdırmaq cəhdinin növbəti mərhələsidir. Əvvəlki həll - GPT Store adlı ayrıca tətbiq mağazasından fərqli olaraq, yeni sistem birbaşa ChatGPT cavablarında yerləşir. Bu isə istifadəçilərə üçüncü tərəf alətlərini gündəlik dialoqları zamanı birbaşa işə salmağa imkan verir. OpenAI-yə görə, bu yanaşma həm tərtibatçılara öz məhsullarını daha səmərəli şəkildə yaymağa kömək edəcək, həm də ChatGPT-ni istifadəçilər üçün daha rahat edəcək. İstifadəçilər sorğu sətrində müxtəlif tətbiqlərin adlarını yazaraq fərqli servislərdən məzmun əldə edə biləcəklər. Məsələn, “Figma, bu eskizi işlək diaqrama çevir” deyərək Figma tətbiqini açmaq mümkündür. Eyni zamanda, istifadəçi “Coursera, mənə machine learning haqqında nəsə öyrədə bilərsən?” deyə soruşaraq Coursera tətbiqini işə sala bilər.

Zillow daşınmaz əmlak tətbiqinin demo versiyasında istifadəçilər ChatGPT vasitəsilə təbii dildə soruşaraq, öz bölgələrində müəyyən qiymət aralığında hansı mənzillərin mövcud olduğunu öyrənirdilər. Daha sonra ChatGPT interaktiv xəritə təqdim edirdi və istifadəçilər hər bir təklif barədə daha ətraflı məlumat almaq üçün əlavə suallar verə bilirdilər. ChatGPT həmçinin istifadəçilərə müəyyən bir tapşırığı yerinə yetirmək üçün hansı tətbiqlərin faydalı ola biləcəyini də göstərəcək. Məsələn, kimsə həftəsonu üçün əyləncəvi bir mahnı siyahısı istəsə, ChatGPT Spotify tətbiqini işə sala bilər. OpenAI-nin sözlərinə görə, gələcəkdə ChatGPT-də DoorDash, Instacart, Uber və AllTrails kimi tətbiqlər də mövcud olacaq.

OpenAI bildirir ki, yeni tətbiq sistemi model kontekst protokolu (MCP) əsasında qurulub. Bu protokol tərtibatçılara öz məlumat mənbələrini süni intellekt sistemlərinə birləşdirməyə imkan verir. Bəzi tətbiqlər ChatGPT daxilində video da göstərə biləcək - video veb-səhifənin yuxarı hissəsində yerləşəcək və istifadəçinin sorğularına uyğun olaraq dəyişə biləcək. İstifadəçilər artıq hər hansı məhsula abunə olublarsa, əlavə funksiyalara çıxış əldə etmək üçün birbaşa ChatGPT vasitəsilə öz hesablarına daxil ola biləcəklər. Sam Altman həmçinin qeyd edib ki, gələcəkdə OpenAI ChatGPT daxilində tətbiqlərin monetizasiya üsullarını dəstəkləyəcək - o cümlədən yeni istifadəyə verilmiş Instant Checkout (ani sifariş) funksiyası vasitəsilə.

Təhlükəsizlik məsələsinə gəlincə, OpenAI bildirir ki, tərtibatçılar yalnız minimal dərəcədə zəruri məlumatları toplamalı və şəffaf icazələr təqdim etməlidirlər. Lakin hələlik aydın deyil ki, ChatGPT üçün tətbiq yaradanlar istifadəçinin çat-botla bütün yazışmalarına, yalnız son bir neçə mesaja, yoxsa konkret tətbiqi işə salan son sorğuya çıxış əldə edəcəklərmi. Bundan başqa, ChatGPT-nin DoorDash və Instacart kimi rəqabət aparan şirkətlər arasında hansı servisi seçəcəyi də hələ məlum deyil. Ola bilsin ki, şirkətlər ChatGPT cavablarında qeyd olunmaq üçün ödəniş etmə imkanı əldə edəcəklər. OpenAI isə bu suala hələ birbaşa cavab verməyib və bildirib ki, bu məsələdə istifadəçi təcrübəsi hər şeydən üstün tutulacaq.



Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-nin həftəlik aktiv istifadəçi kütləsi 800 milyona çatıb

ChatGPT-nin həftəlik aktiv istifadəçi kütləsi 800 milyona çatıb
OpenAI şirkətinin baş direktoru Sam Altman bildirib ki, ChatGPT-nin həftəlik aktiv istifadəçilərinin sayı 800 milyona çatıb. Bu göstərici süni intellekt əsaslı çat-botun dünya üzrə istifadəçilər, proqramçılar və şirkətlər arasında məşhurluğunun artmaqda davam etdiyini göstərir.
OpenAI və AMD arasında çoxmilyardlı tərəfdaşlıq müqaviləsi imzalanıb

OpenAI və AMD arasında çoxmilyardlı tərəfdaşlıq müqaviləsi imzalanıb
OpenAI çip istehsalçısı AMD ilə çoxmilyardlı tərəfdaşlıq müqaviləsi imzalayıb. Şirkət öz məlumat mərkəzləri üçün AMD-dən prosessorlar alacaq və çip istehsalçısının səhmlərindən bir paket əldə edəcək.
OpenAI öz süni intellekt əsaslı cihazının hazırlanmasında problemlər ilə qarşılaşıb

OpenAI öz süni intellekt əsaslı cihazının hazırlanmasında problemlər ilə qarşılaşıb
OpenAI və Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive-in komandası süni intellekt əsaslı gizli cihazın hazırlanması zamanı yaranmış texniki problemlərin aradan qaldırılması üzərində çalışır.
Sora video generatoru digər şirkətlərə gəlir gətirəcək

Sora video generatoru digər şirkətlərə gəlir gətirəcək
Neyron şəbəkələr tərəfindən yaradılan kontentin müəllif hüquqları ilə qorunması məsələsi uzun müddətdir ki, hüquq sahiblərini narahat edir.
OpenAI-nin Sora tətbiqi istifadəyə verildiyindən 2 gün sonra App Store-da əsl hitə çevrilib

OpenAI-nin Sora tətbiqi istifadəyə verildiyindən 2 gün sonra App Store-da əsl hitə çevrilib
OpenAI-nin süni intellekt əsaslı video generasiyası üçün yaratdığı Sora tətbiqi istifadəyə verildikdən 2 gün sonra ABŞ App Store-un ümumi reytinqində üçüncü yeri tutub.
Həftənin xəbərləri

