
OpenAI və AMD arasında çoxmilyardlı tərəfdaşlıq müqaviləsi imzalanıb
Tech-Biznes
06.10.2025
Emil Nəcəfov
OpenAI çip istehsalçısı AMD ilə çoxmilyardlı tərəfdaşlıq müqaviləsi imzalayıb. Şirkət öz məlumat mərkəzləri üçün AMD-dən prosessorlar alacaq və çip istehsalçısının səhmlərindən bir paket əldə edəcək. Süni intellekt üçün çip bazarı sürətlə dəyişməkdə davam edir. NVIDIA və Intel arasında bir müddət əvvəl baş tutmuş tərəfdaşlıqdan sonra indi də böyük razılaşma OpenAI və AMD arasında bağlanıb. OpenAI, ümumi gücü 6 giqavatt olan AMD çipləri sifariş edib. Bu, Xorvatiya kimi bir ölkənin hazırkı enerji istehlakından azı 60% çoxdur. Tədarüklər gələn ildən başlayacaq və MI450 prosessorları ilə start veriləcək.

Maliyyə tərəfi isə müqavilənin ən maraqlı hissəsidir. AMD dəqiq məbləği açıqlamasa da, “hər giqavatt 10 milyardlarla dollar dəyərindədir” deyə bildirib. Minimum hesabla bir giqavatt üçün 10 milyard dollar götürülsə, ümumi məbləğ təxminən 60 milyard dollar edir. Lakin bu, hələ hamısı deyil. OpenAI həmçinin AMD səhmlərinin 10%-ni - təxminən 160 milyon səhm - almaq hüququ qazanıb. Qiymət isə olduqca rəmzidir: hər səhm üçün cəmi 1 sent. Amma bir şərt var - OpenAI çiplərin tətbiq planını vaxtında yerinə yetirməlidir. Bu hadisə AMD üçün əsl irəliləyiş sayılır. Şirkətin baş direktoru Lisa Su açıq şəkildə yaxın 5 il ərzində 10 milyardlarla gəlirdən danışır.

İnvestorlar da bu perspektivi yüksək qiymətləndiriblər - AMD səhmləri dərhal 20% artıb. Eyni zamanda OpenAI konkret bir problemi həll edir. Süni intellekt hesablama tələbatı yeni güc mərkəzlərinin yaranma sürətindən daha tez artır. AMD çipləri ChatGPT və digər xidmətlərə yönələn sorğular selinin öhdəsindən gəlməyə kömək etməlidir. Maraqlıdır ki, bu, son vaxtlar sənayedə baş tutmuş ikinci böyük müqavilədir. Cəmi 1 ay əvvəl NVIDIA və Intel tərəfdaşlıq elan etmişdilər, lakin onun miqyası daha kiçik idi - söhbət 5 milyard dollarlıq səhmdən gedirdi. İlk tədarüklərin 2026-cı ilin ikinci yarısında başlanacağı gözlənilir. Sam Altman etiraf edir ki, sənaye artıq elə bir mərhələyə çatıb ki, əməkdaşlıq rəqabətdən daha sərfəlidir - xüsusilə də hamının çatışmazlıqda olan çiplərin arxasınca düşdüyü bir zamanda.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI öz süni intellekt əsaslı cihazının hazırlanmasında problemlər ilə qarşılaşıb

OpenAI öz süni intellekt əsaslı cihazının hazırlanmasında problemlər ilə qarşılaşıb
OpenAI və Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive-in komandası süni intellekt əsaslı gizli cihazın hazırlanması zamanı yaranmış texniki problemlərin aradan qaldırılması üzərində çalışır.
Sora video generatoru digər şirkətlərə gəlir gətirəcək

Sora video generatoru digər şirkətlərə gəlir gətirəcək
Neyron şəbəkələr tərəfindən yaradılan kontentin müəllif hüquqları ilə qorunması məsələsi uzun müddətdir ki, hüquq sahiblərini narahat edir.
OpenAI-nin Sora tətbiqi istifadəyə verildiyindən 2 gün sonra App Store-da əsl hitə çevrilib

OpenAI-nin Sora tətbiqi istifadəyə verildiyindən 2 gün sonra App Store-da əsl hitə çevrilib
OpenAI-nin süni intellekt əsaslı video generasiyası üçün yaratdığı Sora tətbiqi istifadəyə verildikdən 2 gün sonra ABŞ App Store-un ümumi reytinqində üçüncü yeri tutub.
OpenAI: "Elon Musk, xAI uğursuzluqlarını bizə qarşı məhkəmə iddiaları ilə gizlətməyə çalışır"

OpenAI: "Elon Musk, xAI uğursuzluqlarını bizə qarşı məhkəmə iddiaları ilə gizlətməyə çalışır"
Son onillikdə Elon Musk OpenAI-nin inkişafında iştirak edib, lakin sonradan startapın digər təsisçiləri ilə qarşıdurmaya girib və ChatGPT-nin kommersiya uğurundan sonra keçmiş tərəfdaşlarını hər fürsətdə məhkəməyə verməyə başlayıb.
OpenAI-nin bazar dəyəri 500 milyard dollara çatıb

OpenAI-nin bazar dəyəri 500 milyard dollara çatıb
10 illik tarixə sahib bir şirkət üçün OpenAI kifayət qədər dinamik inkişaf edir və investorların ona inamlarının yeni sübutu kimi baş tutmuş 6.6 milyard dollarlıq ikincil səhm yerləşdirməsi göstərilə bilər.
Həftənin xəbərləri

