
ChatGPT-də Tədris Rejimi istifadəyə verilib
Proqram Təminatı
30.07.2025
Emil Nəcəfov
OpenAI ChatGPT-də yeni bir alət - Study Mode-u (Tədris Rejimi) təqdim edib. Bu rejim tələbələrə hazır cavablar təqdim etmək əvəzinə məsələləri mərhələli şəkildə başa düşməyə kömək edir. Bu addım geniş yayılmış bir problemə cavab olaraq atılıb: bir çox tələbə süni intellekti köçürmə vasitəsi kimi istifadə edir və müstəqil işləməkdən yayınır. OpenAI bildirib ki, Study Mode ChatGPT-də təhsili yaxşılaşdırmaq yolunda uzun bir yolun ilk addımıdır. OpenAI-nin təhsil üzrə vitse-prezidenti Leah Belsky qeyd edib ki, əgər ChatGPT tədris aləti kimi istifadə olunarsa, bu, akademik nəticələri əhəmiyyətli dərəcədə artıra bilər, lakin əgər sadəcə cavab yaradan sistemə çevrilərsə, tədris prosesinə zərər verə bilər. OpenAI məlumatlarına görə, hazırda universitet yaşında olan hər 3 tələbədən biri artıq ChatGPT-dən istifadə edir. Bu səbəbdən şirkət bu demoqrafik qrupa yönəlmiş Study Mode rejimini hazırlayıb.

Bu rejimdə süni intellekt birbaşa cavablar təqdim etməyəcək, əvəzində istiqamətləndirici suallar verərək ev tapşırıqlarını anlamaqda, imtahanlara hazırlaşmaqda və yeni mövzuları öyrənməkdə kömək edəcək. Bu alət ChatGPT Lab adlı birgə icma çərçivəsində müəllimlər, alimlər, təhsil üzrə ekspertlər və tələbələrlə birlikdə hazırlanıb. Həmin icmada tələbələr çat-botdan istifadə təcrübələrini bölüşürlər. Tədris rejiminin əsasını xüsusi sistem təlimatları təşkil edir. Bu təlimatlar daha dərin öyrənməyə şərait yaradan davranış modellərini əks etdirir. Buraya aktiv iştiraka təşviq, idrak yükünün idarə olunması, metabiliyi və özünüdərk bacarığının inkişaf etdirilməsi, marağın stimullaşdırılması, faydalı və dəstəkləyici geribildirim təqdim edilməsi daxildir. OpenAI öz bloqunda yeni Tədris Rejiminin necə işlədiyini nümayiş etdirib: tələbə sual göndərdikdən sonra ChatGPT 2 mərhələli yanaşma təklif edir və sonda tələbədən cavabı öz sözləri ilə formalaşdırmağını istəyir.

“Study Mode tələbələrin yerinə işi görmək əvəzinə, onları öz təhsillərinə tənqidi yanaşmağa təşviq edir. Bu cür funksiyalar süni intellektin təhsil mühitində səmərəli istifadəsi üçün mühüm addımdır. Hətta süni intellekt dövründə də ən yaxşı nəticələr o zaman əldə olunur ki, tələbələr dərs materialını həvəslə qarşılayır və onu aktiv şəkildə öyrənirlər” - deyə Common Sense Media təşkilatının süni intellekt proqramları üzrə baş direktoru Robbi Torni bildirib. Yeni sistemin əsas xüsusiyyətləri interaktiv ipuclarına əsaslanır. Buraya mövzunu daha yaxşı başa düşmək və mənimsəmək üçün istiqamətləndirici suallar, nümunə cavablar, fərdi dəstək və biliklərin yoxlanması daxildir. Study Mode rejimini söhbət zamanı istənilən vaxt aktiv və ya deaktiv etmək mümkündür ki, bu da OpenAI-nin sözlərinə görə, tələbələrə hər çatda öz tədris hədəflərinə uyğun şəkildə çevik yanaşma imkanı verir. Bu gündən etibarən yeni rejim ChatGPT-nin Free, Plus, Pro və Team versiyalarında qeydiyyatdan keçmiş istifadəçilər üçün əlçatandır. ChatGPT Edu versiyasında isə bu funksiya yaxın həftələrdə istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft OpenAI-nin texnologiyalarını itirmək istəmir
Microsoft OpenAI-nin texnologiyalarını itirmək istəmir
OpenAI-nin ən böyük investoru olan Microsoft korporasiyası, perspektivli startapın hazırladığı texnologiyalara çıxış imkanını itirmək istəmir və şirkətlə olan müqaviləni elə şəkildə dəyişdirməyə çalışır ki, gələcəkdə də OpenAI-nin süni intellekt sahəsindəki yeniliklərindən istifadə edə bilsin.
OpenAI-in süni intellekt agenti CAPTCHA-nı keçməyi öyrənib

OpenAI-in süni intellekt agenti CAPTCHA-nı keçməyi öyrənib
OpenAI tərəfindən hazırlanmış ChatGPT Agent aləti, "Siz insansınız?" tipli sualın verildiyi və təsdiq üçün quş işarəsi qoyulmalı olan bir testdən keçə bilib.
ChatGPT ilə söhbətlər heç də məxfi qalmır

ChatGPT ilə söhbətlər heç də məxfi qalmır
OpenAI-ın baş direktoru Sam Altman ChatGPT istifadə edilərkən məxfiliklə bağlı fundamental problemlərə diqqət çəkib. Altman izah edib ki, süni intellektə əsaslanan çat-botla aparılan söhbətlər məxfi hesab olunmur.
GPT-5 proqramlaşdırmada əhəmiyyətli irəliləyiş söz verir

GPT-5 proqramlaşdırmada əhəmiyyətli irəliləyiş söz verir
OpenAI tərəfindən hazırlanan GPT-5 süni intellekt modelinin yeni versiyası artıq avqust ayında təqdim oluna bilər və o artıq proqramlaşdırma və məntiqi düşünmə sahəsində əhəmiyyətli irəliləyişlər göstərib. Model sorğunu analiz edərkən avtomatik olaraq mürəkkəblik səviyyəsini seçə bilir ki, bu da onu xüsusilə proqramçılar üçün faydalı edir.
GPT-5 süni zəka modeli artıq gələn ay təqdim oluna bilər

GPT-5 süni zəka modeli artıq gələn ay təqdim oluna bilər
İnternet ictimaiyyətində OpenAI şirkətinin yeni GPT-5 süni intellekt modelinin tezliklə istifadəyə veriləcəyi ilə bağlı müzakirələr güclənir. Bildirilir ki, bu yenilik artıq gələn ay təqdim oluna bilər.
Həftənin xəbərləri

