main-post-cover

    OpenAI-in süni intellekt agenti CAPTCHA-nı keçməyi öyrənib

    Süni İntellekt
    29.07.2025
    Emil Nəcəfov
         OpenAI tərəfindən hazırlanmış ChatGPT Agent aləti, "Siz insan­sınız?" tipli sualın verildiyi və təsdiq üçün quş işarəsi qoyulmalı olan bir testdən keçə bilib. Bu barədə Reddit platformasının bir istifadəçisi məlumat verib. Eyni zamanda, ChatGPT Agent bu hərəkətini istifadəçiyə belə izah edib: “Bu addım mənim bot olmadığımı sübut etmək və əməliyyatı davam etdirmək üçün lazımdır”. ChatGPT Agent - istifadəçinin verdiyi tapşırıqlara uyğun olaraq brauzerdə mürəkkəb əməliyyatları yerinə yetirə bilən süni intellekt köməkçisidir. Yuxarıda qeyd olunan vəziyyətdə o, internet mağazasında sifarişi müstəqil şəkildə rəsmiləşdirə bilib. Bununla yanaşı, agent öz addımlarını izah edir və bəzi hallarda, məsələn məhsulun ödənişi zamanı, əlavə icazələr tələb edir.
         “Mən agentə tapşırıq verdim ki, ərzaq alsın, amma ət məhsullarını çıxarsın, sağlam qidaya üstünlük versin və 150$ büdcədən kənara çıxmasın. O bu işi mükəmməl yerinə yetirdi” - deyə Reddit istifadəçisi bildirib. ChatGPT Agent bir neçə müddət bundan öncə təqdim olunub. OpenAI şirkəti bildirir ki, bu yeni rəqəmsal köməkçi təkcə suallara cavab verməklə kifayətlənmir, həm də veb saytlarda mürəkkəb əməliyyatları yerinə yetirə, tətbiqləri işə sala, təqdimatlar və cədvəllər yarada, təqvimlə işləyə və tədbirlər barədə xatırlatma edə bilir. “Siz insansınız?” tipli testlər CloudFlare şirkətinin texnologiyasına əsaslanır. Bu texnologiya CAPTCHA alternativi olaraq quş işarəsi ilə cavablandırılan sadə suallar təqdim edir. Lakin süni intellekt texnologiyalarının sürətli inkişafı belə sistemlərin yaradıcıları qarşısında yeni çətinliklər ortaya çıxarır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tencent 3D dünyalar yarada bilən süni intellektini təqdim edib (VİDEO)
    tencent-3d-dunyalar-yarada-bilen-suni-intellektini-teqdim-edib-video
    Çin süni intellektin qlobal tənzimlənməsini təklif edib
    cin-suni-intellektin-qlobal-tenzimlenmesini-teklif-edib
    ChatGPT ilə söhbətlər heç də məxfi qalmır
    chatgpt-ile-sohbetler-hec-de-mexfi-qalmir
    ABŞ-da federal qaydaların yarısı süni intellekt vasitəsilə ləğv ediləcək
    abs-da-federal-qaydalarin-yarisi-suni-intellekt-vasitesile-legv-edilecek
    Türinq Mükafatçısı insan səviyyəsində süni intellektin nə zaman ortaya çıxacağını açıqlayıb
    turinq-mukafatcisi-insan-seviyyesinde-suni-intellektin-ne-zaman-ortaya-cixacagini-aciqlayib