main-post-cover

    ChatGPT infrastrukturunun bir hissəsi Google Cloud-a köçürüləcək

    Proqram Təminatı
    17.07.2025
    Emil Nəcəfov
         OpenAI dünən bildirib ki, süni zəkaya əsaslanan məşhur köməkçisi ChatGPT üçün Google-un bulud infrastrukturundan istifadə etməyi planlaşdırır. Şirkət artıq Microsoft, Oracle CoreWeave-ın bulud xidmətlərindən yararlanır. OpenAI öz xidmətlərinə olan yüksək tələbatı ödəmək üçün hesablama gücünü artırır, çünki yalnız Microsoft-un resurslarından asılı olmaq müəyyən çətinliklər yaradırdı. İki şirkət arasındakı münasibətlər zamanla dəyişib və ötən il Microsoft OpenAI-ni rəqib kimi tanıyıb. Hər iki şirkət tərtibatçılar üçün süni zəka alətləri təqdim edir və bizneslərə abunə əsaslı xidmətlər satır.
         İndi OpenAI Google Cloud-u da öz xidmət təminatçıları siyahısına əlavə edib. ChatGPT xidməti və tətbiq proqramlaşdırma interfeysi bundan sonra Microsoft, CoreWeave və Oracle platformaları ilə yanaşı Google-un platformalarında da işləyəcək. Bu, Google üçün əhəmiyyətli nailiyyətdir, çünki onun bulud bölməsi Amazon və Microsoft-la müqayisədə daha gənc və daha kiçikdir. Google Cloud-un fəaliyyət sahəsi ABŞ, Yaponiya, Niderland, Norveç və Birləşmiş Krallığı əhatə edəcək.
         Microsoft-dan sonra OpenAI-nın ilk bulud tərəfdaşı ötən il Oracle olmuşdu. Bu şirkət OpenAI-ya əlavə hesablama gücü təqdim etmişdi. 2024-cü ilin martında OpenAI CoreWeave ilə təxminən 12 milyard dollar dəyərində 5 illik müqavilə imzaladı. Hələ yanvar ayında Microsoft OpenAI-ya rəqib bulud təminatçılarından istifadə etməyə icazə verdi və eksklüziv xidmət təchizatçısı statusuna iddia etməkdən imtina etdi. OpenAI-nın Google Cloud-dan istifadə etməyə hazırlaşdığı barədə məlumat isə iyun ayında məlum olmuşdu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini istifadəçi adından zəng etmək imkanını əldə edib
    google-gemini-istifadeci-adindan-zeng-etmek-imkanini-elde-edib
    Biz süni zəkanı başa düşmək imkanını itirə bilərik
    biz-suni-zekani-basa-dusmek-imkanini-itire-bilerik
    ChatGPT daxilində onlayn alış-veriş mümkün olacaq
    chatgpt-daxilinde-onlayn-alis-veris-mumkun-olacaq
    Çat-botla ünsiyyət insan leksikonunu dəyişir
    cat-botla-unsiyyet-insan-leksikonunu-deyisir
    ChatGPT-də fotoların tərtibatı prosesi sadələşdirilib
    chatgpt-de-fotolarin-tertibati-prosesi-sadelesdirilib