main-post-cover

    Çat-botla ünsiyyət insan leksikonunu dəyişir

    Süni İntellekt
    17.07.2025
    Emil Nəcəfov
         ChatGPT və digər süni zəka əsaslı çat-botlar dünyanı dəyişir və bu, müasir insanın danışıq tərzinə də təsir göstərir. Bu nəticəyə alman alimlər son araşdırmalarında gəliblər. Onlar dil və mədəni müxtəlifliyin itməsi təhlükəsi barədə xəbərdarlıq ediblər. Maks Plank İnsan İnkişafı İnstitutundan olan tədqiqatçılar qrupu araşdırmanın ilkin, rəy verilməmiş versiyasını dərc ediblər. Onlar müəyyən ediblər ki, ChatGPT tərəfindən tez-tez istifadə olunan sözlər 2022-ci ildə bu məşhur süni zəka çat-botu ortaya çıxandan bəri insan nitqində də daha çox istifadə olunmağa başlayıb. “GPT sözləri” siyahısına “anlamaq”, “fəxr etmək”, “sürətli”, “dəqiq” və ən çox rast gəlinən “dərindən araşdırmaq” kimi ifadələr daxil edilib.
         Alimlər YouTube platformasında yerləşdirilmiş 360 445 akademik çıxışı və 771 591 podkast buraxılışını təhlil edərək belə qənaətə gəliblər ki, “dərindən araşdırmaq”, “sürətli”, “dəqiq” və “sorğu” kimi sözlər müxtəlif mövzular üzrə audio və video kontentlərdə həqiqətən də daha tez-tez işlədilməyə başlayıb. Tədqiqat müəllifləri bu dəyişikliyin müsbət və ya mənfi olub-olmadığını qiymətləndirmirlər, lakin onların fikrincə, aşkar olunan faktlar böyük dil modellərinin insan mədəniyyətinin formalaşmasına təsir göstərə biləcək özünəməxsus mədəniyyətə sahib olub-olmadığı barədə düşünməyə əsas verir. İnsan və süni zəka arasındakı qarşılıqlı əlaqə hər iki tərəfin dil təcrübələrinə uzunmüddətli təsir göstərə bilər. Alimlər xəbərdarlıq edirlər: bu mexanizm “mədəni əks əlaqənin qapalı dövrəsi”nin formalaşmasına səbəb ola bilər ki, bu zaman mədəniyyət elementləri insanlar və rəqəmsal sistemlər arasında qarşılıqlı şəkildə dövr edir.
         Əgər bu təsir kifayət qədər uzun müddət davam edərsə və geniş yayılarsa, nəticədə mədəni homojenliyə - yəni müxtəlifliyin azalmasına səbəb ola bilər. “Tədqiqatda bildirilir ki, əgər süni zəka sistemləri müəyyən mədəni aspektlərə qeyri-proporsional şəkildə üstünlük verməyə başlasa, bu, mədəni müxtəlifliyin dağılmasını sürətləndirə bilər. Bu təhlükəni daha da artıran amil isə odur ki, gələcək süni zəka modelləri artıq insan tərəfindən gücləndirilmiş və süni zəka tərəfindən müəyyən edilmiş eyni şablonların üstünlük təşkil etdiyi məlumatlar əsasında təlim alacaq. Bu isə özünü təkrarlayan bir dövr yaradır. Müəyyən dil strukturlarının monopoliyalaşması fonunda yeni bir risk meydana çıxır: süni zəka modelinin dağılması ehtimalı. Bu riskin səbəbi isə odur ki, təlim prosesinə insanın cəlb olunması belə lazım olan məlumat müxtəlifliyini təmin etməyə bilər”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Uşaqlar və yeniyetmələr daha çox süni zəka ilə ünsiyyətə üstünlük verirlər
    usaqlar-ve-yeniyetmeler-daha-cox-suni-zeka-ile-unsiyyete-ustunluk-verirler
    NVIDIA CEO-su Çin mənşəli süni zəka modellərini dünya səviyyəsinə uyğun hesab edir
    nvidia-ceo-su-cin-menseli-suni-zeka-modellerini-dunya-seviyyesine-uygun-hesab-edir
    ChatGPT-də fotoların tərtibatı prosesi sadələşdirilib
    chatgpt-de-fotolarin-tertibati-prosesi-sadelesdirilib
    İşdən azad edilmiş Candy Crush tərtibatçıları süni zəka ilə əvəz ediləcək
    isden-azad-edilmis-candy-crush-tertibatcilari-suni-zeka-ile-evez-edilecek
    Gələcək özü-özünü istehsal edən robotlar və süni zəkanın arxasındadır
    gelecek-ozu-ozunu-istehsal-eden-robotlar-ve-suni-zekanin-arxasindadir