Chrome brauzerinin Android versiyası yeni təhlükəsizlik funksiyasını əldə etməyə hazırlaşır
Proqram Təminatı
09.07.2024
Emil Nəcəfov
Google Chrome brauzerinin Android üçün olan test versiyasında yeni təhlükəsizlik funksiyası istifadəyə verilib. İstifadəyə verilmiş təhlükəsizlik funksiyası daha öncə bu brauzerin desktop versiyasına inteqrasiya olunmuşdu. Söhbət, Safety Check funksiyasından gedir. Bu funksiya istifadəçinin rəqəmsal təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə hədəflənib. Məlumatda qeyd edilib ki, Safety Check funksiyasının aktivləşdirilməsindən sonra brauzer fon rejimində təhlükəsizliklə bağlı parametrlərə nəzarət edəcək və ola biləcək təhlükələr barəsində istifadəçini məlumatlandıracaq. Bu funksiya fon rejimində aşağıdakı parametrlərə nəzarət edəcək.
- Smartfona brauzerin son versiyasının quraşdırılıb-quraşdırılmaması
- İstifadəçi tərəfindən təyin edilən icazələr və tətbiqin bildiriş ayarları ilə hər şeyin qaydasında olub-olmaması
- Brauzer daxilində təhlükəsiz baxış funksiyasının aktiv olub-olmaması
- İstifadəçi tərəfindən istifadə edilən şifrələrdən hansınınsa oğurlanıb-oğurlanmaması.
Bu parametrlər üzrə bütün məlumatlar Safety Check menyusunda əks olunacaqlar. Safety Check funksiyasının mobil Chrome brauzerinin stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dərhal Google Chrome-un ən son yeniləməsini quraşdırmalısınız!
Dərhal Google Chrome-un ən son yeniləməsini quraşdırmalısınız!
Google, Chrome-un təhlükəsizlik problemilə bağlı istifadəçilərə xəbərdarlıq edib. Chrome 125 versiyası ilə kritik səhvləri düzəldən şirkət, istifadəçilərə Chrome-un yeni versiyasını quraşdırmağı məsləhət görüb.
Masaüstü və mobil cihazlardakı ən populyar internet brauzerləri bəlli olub!
Masaüstü və mobil cihazlardakı ən populyar internet brauzerləri bəlli olub!
2024-cü ilin aprel ayı üçün ən çox istifadə edilən veb-brauzerlərin adları açıqlanıb. Statcounter-in son hesabatına görə, Google Chrome həm masaüstü, həm də mobil cihazlarda ən populyar internet brauzerinə çevrilib.
Chrome brauzerinin Android versiyası videolardakı kadrları yaddaşda saxlama funksiyasını əldə edəcək
Chrome brauzerinin Android versiyası videolardakı kadrları yaddaşda saxlama funksiyasını əldə edəcək
Google Chrome brauzerinin desktop versiyası bu və ya digər videodakı hər hansısa kadrı cihazın yaddaşında saxlamaq imkanını verir.
Google Gemini çat-botunu Chrome brauzerinə inteqrasiya edəcək
Google Gemini çat-botunu Chrome brauzerinə inteqrasiya edəcək
Google şirkəti özünün Gemini çat-botunu bütün məhsullarına tədricən inteqrasiya etməyə başlayıb.
Google Chrome-da hakerlərdən yeni qorunma üsulu istifadəyə veriləcək
Google Chrome-da hakerlərdən yeni qorunma üsulu istifadəyə veriləcək
Hakerlər artıq uzun zamandır ki, öz kiberhücumlarının reallaşdırılması üçün istifadəçilərin kompüterlərini fiziki şəkildə əldə etməyə ehtiyac duymurlar.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!