main-post-cover

    ChromeOS ilə Android-in birləşdirilməsi planı rəsmi şəkildə təsdiqlənib

    Proqram Təminatı
    15.07.2025
    Emil Nəcəfov
         Google şirkəti ChromeOS Android əməliyyat sistemlərini birləşdirməyi planlaşdırdığını rəsmi şəkildə təsdiqləyib. Bu barədə ilk şayiələr hələ ötən ilin payızında yayılmışdı. Google-da Android ekosisteminin prezidenti Sameer Samat geniş bir müsahibə çərçivəsində TechRadar portalının jurnalistindən niyə Apple Watch, iPhoneMacBook istifadə etdiyini soruşub. O, sualını belə izah edib: “Bu sualı verdim, çünki biz ChromeOS və Android-i vahid platformaya birləşdirməyə hazırlaşırıq və insanların hazırda noutbuklardan necə istifadə etdikləri və onlarla nə etdikləri mənim üçün çox maraqlıdır”.
         Bu, Google-un iki platformanı birləşdirmə planlarını ictimai şəkildə təsdiqlədiyi ilk haldır. Şirkət nümayəndəsi TechRadar-la söhbətində bu təşəbbüslə bağlı təfərrüatları açıqlamayıb. Lakin əvvəlki şayiələr göstərirdi ki, Google tamamilə yeni bir platforma yaratmaq əvəzinə ChromeOS-i Android-ə keçirməyi planlaşdırır. Qeyd olunası maraqlı məqam odur ki, şirkət rəhbərliyi bu təşəbbüs çərçivəsində istifadəçilərdən noutbuklardan necə istifadə etdiklərini soruşur.
         Bu isə onu göstərir ki, Google layihəni rəsmi istifadəyə verməzdən əvvəl onu təkmilləşdirməyin yollarını hələ də axtarır. Google-un ChromeOS və Android əməliyyat sistemlərini birləşdirmək planlarını təsdiqləməsi, eyni zamanda Android-ə böyük ekranlarda istifadə rahatlığını artırmağa yönəlmiş bir sıra yeni funksiyaların inteqrasiyası fonunda baş verib. Bu funksiyalar arasında tam funksiyalı masaüstü rejimi, pəncərə rejimi, xarici ekranların idarə olunmasının təkmilləşdirilməsi və tətbiqlərin daha yaxşı uyğunlaşma qabiliyyəti yer alır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini statik fotonu 8 saniyəlik səsli videoya çevirmək imkanını əldə edib
    google-gemini-statik-fotonu-8-saniyelik-sesli-videoya-cevirmek-imkanini-elde-edib
    Android-in sındırılması üzrə təhlükəli üsul aşkar edilib
    android-in-sindirilmasi-uzre-tehlukeli-usul-askar-edilib
    Google Gemini mobil tətbiqlər işə qarşılıqlı əlaqə imkanını əldə edib
    google-gemini-mobil-tetbiqler-ise-qarsiliqli-elaqe-imkanini-elde-edib
    YouTube qeyri-leqal kontentlə zəngindir
    youtube-qeyri-leqal-kontentle-zengindir
    Nəşriyyatçılar süni zəka səbəbilə Google-u Avropa Komissiyasına şikayət ediblər
    nesriyyatcilar-suni-zeka-sebebile-google-u-avropa-komissiyasina-sikayet-edibler