DeepSeek-in cavablarının dəqlqliyi istifadəçinin regionundan asılı olaraq dəyişir
Proqram Təminatı
19.09.2025
Emil Nəcəfov
ABŞ-ın CrowdStrike şirkəti, kibertəhlükəsizlik sahəsində dünya liderlərindən biri olaraq, apardığı bir təcrübə nəticəsində müəyyən edib ki, generasiya olunan kodun keyfiyyəti onu kim və hansı məqsədlə istifadə edəcəyindən güclü şəkildə asılıdır. Məsələn, sənaye sistemlərinin idarəsi üçün proqram təminatı yazmaq sorğusunda səhvlər 22.8% hallarda qeydə alınıb, amma həmin kodun Tayvanda istifadə üçün nəzərdə tutulduğu göstərildikdə səhvlərin payı 42.1%-ə yüksəlib və ya ümumiyyətlə kod generasiyasından tam imtina olunub. Kodun keyfiyyəti Tibet, Tayvan və Çində qadağan olunmuş Falun Gong dini qrupu üçün nəzərdə tutulduqda daha da pisləşib.
Xüsusilə, Falun Gong üçün DeepSeek halların 45%-ində kod generasiya etməkdən imtina edib. CrowdStrike mütəxəssislərinin fikrincə, bu, ya süni intellekt botunun Çinin siyasi xəttinə uyğun hərəkət etməsi və müəyyən qruplar üçün bilərəkdən zəif kod yaratması ilə, ya da Tibet kimi bəzi regionlar üçün təlim məlumatlarının daha az təcrübəli proqramçılar tərəfindən yazılmış keyfiyyətsiz kodlardan ibarət olması ilə bağlı ola bilər. Həmçinin alternativ bir fikir də irəli sürülür ki, sistem müstəqil şəkildə müxalifətlə əlaqələndirilən regionlar üçün səhv kod generasiya etməyə qərar verə bilər.
Bununla yanaşı, CrowdStrike tədqiqatçıları qeyd ediblər ki, ABŞ üçün nəzərdə tutulan kod ən etibarlı olub. Bu isə həm təlim məlumatlarının keyfiyyəti, həm də DeepSeek-in ABŞ bazarını ələ keçirmək istəyi ilə bağlı ola bilər. DeepSeek çox vaxt həssas mövzular üzrə Çin hakimiyyətinin rəsmi mövqeyini, onun düzgün olub-olmamasından asılı olmayaraq, təkrar edir. Bundan əlavə, iyul ayında Almaniya hökuməti Google və Apple şirkətlərindən tətbiqin Almaniyada cihazlara quraşdırılmasını qadağan etməyi tələb etmişdi, çünki istifadəçi məlumatlarının Çinə qanunsuz ötürülməsi ilə bağlı şübhələr mövcud idi. Qeyd edək ki, bu tətbiqin istifadəsi ABŞ-ın federal agentliklərinin və dövlət qurumlarının cihazlarında da qadağandır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
DeepSeek R1 süni intellekt modelinin təlimi üçün sərf edilmiş məbləği açıqlayıb
DeepSeek R1 süni intellekt modelinin təlimi üçün sərf edilmiş məbləği açıqlayıb
Çin şirkəti DeepSeek bildirib ki, onun R1 süni intellekt modelinin öyrədilməsi üçün 294 000$ xərclənib ki, bu da ABŞ rəqiblərinin oxşar xərclərindən kəskin şəkildə azdır.
ChatGPT süni intellekt əsaslı çat-botlar bazarının lideri olaraq qalır
ChatGPT süni intellekt əsaslı çat-botlar bazarının lideri olaraq qalır
Süni intellekt əsaslı çat-botlar üzrə qlobal bazarda lider mövqeyi böyük fərqlə OpenAI ChatGPT qoruyur. İkinci yerdə böyük fərqlə Perplexity qərarlaşıb, lakin gümüş mükafatçının mövqelərinə getdikcə daha çox təhdid yaradan rəqib - Microsoft Copilot-dur.
DeepSeek ilin sonuna kimi süni intellekt agenti funksiyalarına sahib yeni modelini təqdim etməlidir
DeepSeek ilin sonuna kimi süni intellekt agenti funksiyalarına sahib yeni modelini təqdim etməlidir
Bloomberg-in məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, DeepSeek startapı daha təkmil süni intellekt agenti funksiyalarına malik yeni model hazırlayır.
DeepSeek süni zəka kontentinin məcburi markerlənməsini tətbiq etməyə başlayıb
DeepSeek süni zəka kontentinin məcburi markerlənməsini tətbiq etməyə başlayıb
Çin şirkəti DeepSeek - eyni adlı süni intellekt botunun yaradıcısı - öz məhsulu vasitəsilə yaradılmış bütün kontent üçün xüsusi işarələmə tətbiq edib.
DeepSeek V3.1 süni intellekt modeli istifadəyə verilib
DeepSeek V3.1 süni intellekt modeli istifadəyə verilib
Çin şirkəti DeepSeek əvvəlki süni intellekt modeli olan V3-ün yeniləndiyini elan edib. Yeni versiya artıq test üçün əlçatandır.
Həftənin xəbərləri