
DeepSeek V3.1 süni intellekt modeli istifadəyə verilib
Süni İntellekt
20.08.2025
Emil Nəcəfov
Çin şirkəti DeepSeek əvvəlki süni intellekt modeli olan V3-ün yeniləndiyini elan edib. Yeni versiya artıq test üçün əlçatandır. Yenilənmiş modelin əsas üstünlüyü onun genişləndirilmiş kontekst pəncərəsidir. DeepSeek şirkətinin WeChat sosial şəbəkəsindəki rəsmi qrupunda yayımlanmış məlumata görə, V3.1 versiyası daha böyük kontekst pəncərəsinə malikdir, bu isə hər hansı bir sorğu üçün daha çox məlumatın emalını mümkün edir. Bu imkan modelə daha uzun dialoqları dəstəkləməyə və əvvəlki sorğuları yaddaşda daha uzun müddət saxlamağa şərait yaradır.

DeepSeek yenilənmiş modeli haqqında başqa heç bir əlavə məlumat dərc etməyib. DeepSeek modellərinin sürəti və əlçatanlığı bu şirkətə OpenAI kimi ABŞ şirkətlərinə rəqib olmağa və göstərməyə imkan verdi ki, Çin şirkətləri süni intellekt sahəsində nisbətən az investisiya ilə də irəliləyiş əldə edə bilərlər. Bu ilin əvvəlində təqdim edilmiş DeepSeek R1 modeli bir sıra qərb rəqiblərini standart göstəricilər üzrə geridə qoydu və dərhal böyük məşhurluq qazandı. İndi DeepSeek tərəfdarları R1-in davamı olacaq R2 modelinin çıxışını gözləyirlər. Çin mediası isə gecikmədə NVIDIA sürətləndiricilərinin tədarükündəki problemləri və Huawei-nin süni intellekt sürətləndiricilərinin aşağı səmərəliliyini günahlandırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hakerlər, cəsuslar və kibertəhlükəsizlik mütəxəssisləri aktiv şəkildə süni intellektdən istifadə edirlər

Hakerlər, cəsuslar və kibertəhlükəsizlik mütəxəssisləri aktiv şəkildə süni intellektdən istifadə edirlər
Kibercinayətkarlar və onlardan cəmiyyəti qorumağa çalışan kibertəhlükəsizlik mütəxəssisləri getdikcə daha çox süni intellekt sistemlərinə müraciət edirlər - ictimaiyyətə açıq alətlərin effektivliyi artır.
Videooyun tərtibatçılarının 90%-i videooyunların hazırlanmasında artıq süni intellektdən istifadə edir

Videooyun tərtibatçılarının 90%-i videooyunların hazırlanmasında artıq süni intellektdən istifadə edir
Generativ süni intellekt həyatımızın bütün sahələrinə, o cümlədən videooyunların hazırlanmasına getdikcə daha dərindən nüfuz edir. Bu barədə Google Cloud tərəfindən aparılmış son araşdırmanın nəticələri xəbər verir.
"Terminator"un rejissoru süni intellekt barəsində narahatlıqlarını dilə gətirib

"Terminator"un rejissoru süni intellekt barəsində narahatlıqlarını dilə gətirib
Məşhur kinorejissor James Cameron hələ 1984-cü ildəki "Terminator" filmində verilmiş xəbərdarlıqları xatırladıb. Əgər o vaxtlar bu süjet fantastika kimi görünürdüsə, bu gün onun süni intellektin hərbi məqsədlərlə istifadəsinə dair narahatlıqları daha real səslənir.
Süni intellekt inqilabi antibiotiklər yaratmağa yardımçı olub

Süni intellekt inqilabi antibiotiklər yaratmağa yardımçı olub
Massaçusets Texnologiya İnstitutunun alimləri generativ süni intellektin köməyi ilə qonoreya və Staphylococcus aureus (qızılı stafilokok) infeksiyasına qarşı yeni antibiotiklər yaradıblar.
3D skan və süni intellekt vasitəsilə qədim buddist mətnləri təhlil edilib

3D skan və süni intellekt vasitəsilə qədim buddist mətnləri təhlil edilib
Berlində mütəxəssislər Monqolustandan olan buddist məktubları bütövlüyünü pozmadan təhlil ediblər. Bunun üçün onlar 3D rentgen və süni intellektdən istifadə ediblər.
Həftənin xəbərləri

