
Google Chrome istifadəçilərini süni zəka vasitəsilə qoruyacaq
Proqram Təminatı
12.05.2025
Emil Nəcəfov
Google şirkəti Chrome brauzer istifadəçilərini onlayn dələduzluqdan qorumaq üçün süni zəka əsaslı yeni alətlər təqdim edib. Yenilik, istifadəçinin cihazında lokal şəkildə işləyən böyük dil modeli (LLM) olan Gemini Nano ilə bağlıdır. Məlumata əsasən bu texnologiya Chrome-un masaüstü versiyasında “Enhanced Protection” rejimində istifadə olunacaq və bu rejim standart mühafizəyə nisbətən iki dəfə yüksək təhlükəsizlik təmin edəcək. Gemini Nano potensial təhlükəli saytları, o cümlədən əvvəllər məlum olmayanları müəyyən etməyə və bloklamağa kömək edəcək. Google-un qeyd etdiyinə görə, bu texnologiya müxtəlif və mürəkkəb quruluşlu resursları analiz etmək qabiliyyəti sayəsində bu vəzifə üçün ideal seçimdir.

Şirkət həmçinin qeyd edir ki, yaxşı niyyətə sahib olmayan saytlar tərəfindən göndərilən bildirişlər risk yarada bilər - bu saytlarda push-bildirişlər istifadə olunaraq istifadəçiləri aldatmağa cəhd göstərilə bilər. Bunun qarşısını almaq üçün Chrome-un Android üçün mobil versiyasında belə push-bildirişlərə dair xəbərdarlıq sistemi təqdim olunacaq. İstifadəçi isə bu bildirişi söndürməyi və ya içindəki linkə keçid etməyi seçə biləcək. Google əlavə edib ki, axtarış sistemində dələduzluğa qarşı mübarizədə artıq süni zəkadan istifadə edir. Bu texnologiyalar hər gün 100 milyonlarla şübhəli nəticəni bloklamağa imkan verir. Xüsusilə, şirkət aviaşirkət əməkdaşı kimi təqdim olunan dələduzların sayında artım müşahidə etdiyini və yeni tədbirlər nəticəsində bu cür halların sayının 80%-dən çox azaldığını bildirib.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android-də batareyanın vəziyyəti funksiyası məhdud sayda smartfonda istifadəyə veriləcək

Android-də batareyanın vəziyyəti funksiyası məhdud sayda smartfonda istifadəyə veriləcək
Google, zaman keçdikcə Android smartfonlarının niyə daha tez enerji itirdiyini anlamağa kömək edəcək batareya vəziyyəti göstəricisinin inteqrasiyası üzərində çalışır.
Google-un iOS tətbiqində Simplify adlı faydalı funksiya istifadəyə verilib

Google-un iOS tətbiqində Simplify adlı faydalı funksiya istifadəyə verilib
Google süni zəka əsaslı yeni funksiyanı təqdim edib. Bu funksiya iPhone istifadəçilərinə internetdə rast gəlinən çətin terminologiyanı daha asan anlamaqda kömək edəcək.
Yeni qanun Apple-ı kənar tətbiq mağazalarına icazə verməyə məcbur edəcək

Yeni qanun Apple-ı kənar tətbiq mağazalarına icazə verməyə məcbur edəcək
ABŞ-da rəqəmsal məzmun üzrə iri platformalar, o cümlədən Apple və Google üçün oyunun qaydalarını dəyişə biləcək qanun layihəsi müzakirəyə təqdim olunub. Sənədə əsasən, tətbiq mağazalarının böyük operatorları istifadəçilərə üçüncü tərəf mağazalarını quraşdırmağa və onları əsas mağaza kimi istifadə etməyə icazə verməlidirlər.
Yenilənmiş Gemini 2.5 Pro Preview süni zəka modeli təqdim edilib

Yenilənmiş Gemini 2.5 Pro Preview süni zəka modeli təqdim edilib
Google flaqman süni zəka modelinin təkmilləşdirilmiş versiyasını - Gemini 2.5 Pro Preview (I/O Edition) təqdim edib. Şirkətin bəyanatına görə, yeni model əvvəlki versiyaları bir sıra əsas göstəricilər üzrə geridə qoyur.
Google-un reklam monopoliyasının aradan qaldırılması üçün sərt plan təklif edilib

Google-un reklam monopoliyasının aradan qaldırılması üçün sərt plan təklif edilib
Məhkəmə Google-u onlayn reklam bazarında inhisarçı olaraq tanıdıqdan sonra vəziyyətin düzəldilməsi üçün hansı tədbirlərin görülməli olduğu ilə bağlı araşdırma prosesi başlayıb.
Həftənin xəbərləri

