main-post-cover

    Google Flight Deals süni intellekt funksiyası ən sərfəli uçuş reyslərini tapmaqda kömək edəcək

    Proqram Təminatı
    18.08.2025
    Emil Nəcəfov
         Google yeni bir funksiya istifadəyə verib - Flight Deals. Bu, Google Flights-a inteqrasiya olunmuş süni intellekt alətidir və adi filtrlərdən fərqli olaraq, biletləri sizin təsvirinizə əsasən axtarır. Məsələn, “qışda bir həftəlik, əla mətbəxi olan şəhər, yalnız birbaşa reyslər” və ya “bir həftəlik göl səyahəti” kimi sorğu yazmaq kifayətdir. Süni intellekt yüzlərlə aviaşirkət və aqreqatorların məlumatlarını real vaxtda analiz edir və ən sərfəli variantları təklif edir. Funksiya hazırda beta mərhələsindədir və yalnız ABŞ, Kanada və Hindistanda mövcuddur.
         Flight Deals siyahını maksimum qənaət meyarına görə qurur - əvvəlcə ən yüksək endirim faizinə malik variantları göstərir, eyni olduqda isə daha aşağı ümumi qiymətə görə sıralayır. Süni intellekt, hətta “şəhərdən kənara çıxmaq, meşə cığırlarında gəzinti və qayıqla çayda üzdüyünüz bir həftəsonu” kimi qeyri-müəyyən sorğuları da anlayır və uyğun marşrutlar təklif edir. Google həmçinin «basic economy» seçimlərini çıxarmaq imkanı əlavə edib - ən ucuz, lakin əlverişsiz, baqaj və oturacaq məhdudiyyətli tariflər. Bu arada şirkət tənzimləyici qurumların araşdırmaları fonunda ehtiyatla davranır və yəqin ki, Avropa Birliyi orqanlarını sakitləşdirmək üçün interfeysə dəyişikliklər hazırlayır, məsələn, axtarışda qiymət müqayisə bloku kimi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Translate dillərin öyrənilməsi üzrə repetitora çevriləcək
    google-translate-dillerin-oyrenilmesi-uzre-repetitora-cevrilecek
    Google-dan olan startapın lazer interneti dəniz və dağlarda 100 Gbit/s sürətində internet bağlantısını təmin edib
    google-dan-olan-startapin-lazer-interneti-deniz-ve-daglarda-100-gbits-suretinde-internet-baglantisini-temin-edib
    Google Search məlumatları istifadəçinin üstünlük verdiyi mənbələrdən verməyi öyrıənib
    google-search-melumatlari-istifadecinin-ustunluk-verdiyi-menbelerden-vermeyi-oyrienib
    Perplexity şirkəti Chrome-u 34.5 milyard dollara almağı təklif edib
    perplexity-sirketi-chrome-u-345-milyard-dollara-almagi-teklif-edib
    ABŞ İT şirkətləri süni intellekt səbəbilə yeni işçi qəbulunu dayandırırlar
    abs-it-sirketleri-suni-intellekt-sebebile-yeni-isci-qebulunu-dayandirirlar