
Google-dan olan startapın lazer interneti dəniz və dağlarda 100 Gbit/s sürətində internet bağlantısını təmin edib
Elm & Texnologiya
14.08.2025
Emil Nəcəfov
Alphabet-in Loon layihəsi əsasında yaradılan Aalyria şirkəti - hansı ki, Google hava şarları vasitəsilə əlçatmaz yerlərdə internetə çıxışı təmin etməyə çalışırdı - problemi həll etmək üçün yeni üsul təqdim edib. Sınaqlar çərçivəsində Tightbeam adlı lazer sistemi okeanda sahildən 65 km məsafədə hərəkət edən gəmiyə simulyasiya şəklində 100 Gbit/s sürətində qoşulma təmin edib. Hava şarlarından internet paylanmasına həsr olunmuş Alphabet Loon layihəsi 2021-ci ildə bağlanıb. 1 il sonra isə Aalyria şirkəti yaradılıb və havadan yüksək sürətli internet bağlantısı təmin edə bilən Tightbeam lazer sistemi üzərində işləməyə başlayıb. Sistemin ilk sınaqları uğurla keçib. Gündə bir neçə saat davam edən proqram çərçivəsində Şimali Kaliforniyada iki dağ zirvəsi arasında, 65 km məsafədə internet bağlantısı təmin edilib.

Aalyria sabit əlaqə üçün xüsusi tədbirlər görüb: adaptiv optika və izləmə alqoritmləri kanalın turbulentlik, müxtəlif görünmə şəraiti, külək və digər hava hadisələri kimi dəyişən mühit şərtlərində davamlı qalmasına kömək edib. İkinci sınaq Tightbeam sisteminin dənizdə işləməsini yoxlamaq məqsədi daşıyırdı. Çesapikdəki Hərbi-Dəniz Tədqiqat Laboratoriyasının ərazisində yerləşən gəmi simulyatorundan istifadə edən Aalyria yenidən sabit əlaqə əldə etdi - dəniz dalğalanmasını təsvir etmək üçün platformanın hərəkətini proqnozlaşdırıla bilməyən şəkildə dəyişdirən iki menteşəli dayaq istifadə olunurdu.
Lazer sistemində bir neçə qısa fasilə yaransa da, siqnal cəmi bir neçə saniyə ərzində bərpa olunurdu və vaxtın böyük hissəsində qoşulma sürəti yüksək idi. Aalyria-nın bildirdiyinə görə, Tightbeam quru, dəniz, hava və hətta peyk rabitəsi üçün istifadə oluna bilər. Məlumat ötürmək üçün 100 Gbit/s sürətli lazerlər Starlink peyklərində də tətbiq olunur, lakin bu texnologiya peyklərarası əlaqə üçün nəzərdə tutulub, peyklərlə yerüstü sistemlər arasında deyil. Gələcəkdə şirkət yerüstü avadanlıqlar arasında 75 km-ə, yerüstü və hava sistemləri arasında isə 150 km-ə qədər məsafədə qoşulma təmin etməyi və kosmik rabitə ssenarilərini daha dərindən işləməyi planlaşdırır
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Search məlumatları istifadəçinin üstünlük verdiyi mənbələrdən verməyi öyrıənib

Google Search məlumatları istifadəçinin üstünlük verdiyi mənbələrdən verməyi öyrıənib
Süni intellektin geniş yayılmasına baxmayaraq, klassik axtarış sistemləri hələ də tamamilə istifadəçisiz qalmayıb. Lakin axtarışın keyfiyyəti ilə bağlı şikayətlərin sayı getdikcə artır.
Mülki infrastrukturun dronlardan qorunması sistemi təqdim edilib

Mülki infrastrukturun dronlardan qorunması sistemi təqdim edilib
DroneShield Ltd şirkəti SentryCiv adlı, mülki sektor üçün nəzərdə tutulmuş müasir dron əleyhinə həllin istifadəyə verildiyini elan edib.
Poladdan daha möhkəm yeni polimer hazırlanıb

Poladdan daha möhkəm yeni polimer hazırlanıb
Amerikalı alimlər karbon lifindən hazırlanmış elə bir material yaradıblar ki, o, yalnız zədələnmələri dəri kimi bərpa etmir, həm də istiliyin təsiri ilə ilkin formasına qayıda bilir.
Çin öz sənayesini sürətli şəkildə robotlaşdırır

Çin öz sənayesini sürətli şəkildə robotlaşdırır
Beynəlxalq Robototexnika Federasiyasının (IFR) ilkin məlumatlarına görə, 2024-cü ildə Çin qlobal tənəzzülə baxmayaraq sənaye robotlarının quraşdırılmasında artım nümayiş etdirib.
Perplexity şirkəti Chrome-u 34.5 milyard dollara almağı təklif edib

Perplexity şirkəti Chrome-u 34.5 milyard dollara almağı təklif edib
Perplexity şirkəti Google Chrome brauzerini 34.5 milyard dollara almaq təklifi ilə çıxış edib. Bu məbləğ süni intellekt sahəsində çalışan startapın bazar dəyərindən (18 milyard dollar) demək olar ki, 2 dəfə çoxdur.
Həftənin xəbərləri

