main-post-cover

    Google fotoların tərtibatı üçün olan Imagen neyron şəbəkəsinin ikinci versiyasını təqdim edib

    Proqram Təminatı
    14.12.2023
    Emil Nəcəfov
         Google şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatını reallaşdıran Imagen adlı neyron şəbəkəsinin ikinci versiyasını təqdim edib. Imagen 2 mətnlərin və mətn formatında təsvirlər əsasında loqoların tərtib edilməsi mövzusunda genişləndirilmiş funksionallığı əldə edib. Məlumata əsasən Imagen 2 neyron şəbəkəsi Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı laboratoriyasının mütəxəssisləri ilə birgə hazırlanıb.
         Imagen 2 fotoları daha keyfiyyətli şəkildə tərtib edir və üstəlik mətnlərə sahib fotoların tərtibatını da öyrənib. Mətnlərə sahib fotolar isə reklamlarda istifadə edilə bilər. Imagen 2-də reallaşdırılmış daha bir yenilik loqoların tərtib edilməsi və mövcud loqoların hazır foto üzərinə yerləşdirilməsi imkanlarıdır. Bununla belə sözügedən neyron şəbəkə mətnləri bir neçə dildə tərtib edə bilir. Google bildirib ki, Imagen 2 yeni alqoritmlər sayəsində ingilis və ya digər bir sıra dillərdə uzun və detallı sorğuları başa düşə bilir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Podcasts servisinin nə zaman bağlanacağı rəsmi şəkildə açıqlanıb
    google-podcasts-servisinin-ne-zaman-baglanacagi-resmi-sekilde-aciqlanib
    Google Gemini adlı süni zəka modelini təqdim edib (VİDEO)
    google-gemini-adli-suni-zeka-modelini-teqdim-edib-video
    Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb
    google-sirketi-gemini-adli-suni-zeka-sisteminin-ise-salinmasini-gelen-ile-texire-salib
    Süni zəka vasitəsilə 2.2 milyon yeni material kəşf edilib
    suni-zeka-vasitesile-22-milyon-yeni-material-kesf-edilib
    Google Drive istifadəçilərinin faylları yoxa çıxıb
    google-drive-istifadecilerinin-fayllari-yoxa-cixib