Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb
Süni İntellekt
04.12.2023
Emil Nəcəfov
Google şirkəti gələn həftə xüsusi təqdimat tədbiri keçirməli və həmin tədbirdə ChatGPT-nin rəqibi olacaq Gemini adlı süni zəka sistemini təqdim etməli idi. Lakin məlum olub ki, şirkət öz süni zəka sisteminin təqdimatlını gələn ilə təxirə salıb. Məlumata əsasən Gemini-nin təqdimatı yanvar ayında baş tutacaq. Gemini bu ilin may ayında baş tutmuş Google I/O 2023 tədbirində anons edilmişdi və o, təkmilləşdirilmiş süni zəka modeli kimi qələmə verilmişdi. Daha öncə şirkət sözügedən süni zəka modelini bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırırdı. Lakin verilmiş məlumata əsasən süni zəka modeli ingilis dilində olmayan sorğuların emal olunması mövzusunda problemlər yaşayır. Bu səbəbdən də Gemini-nin istifadəyə verilməsi təxirə salınıb. Gözləntilərə əsasən Gemini Google şirkətinin Search, Assistant və Bard kimi süni zəka əsaslı məhsullarını daha da yaxşılaşdıracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NVIDIA CEO-su: "Artıq 5 ildən sonra süni zəka insanla rəqabət apara biləcək"
NVIDIA CEO-su: "Artıq 5 ildən sonra süni zəka insanla rəqabət apara biləcək"
NVIDIA şirkətinin CEO-su olan Jensen Huang-ın fikrincə öz imkanları baxımından insan ilə rəqabət apara biləcək süni zəka artıq 5 ildən sonra ortaya çıxacaq.
Süni zəka vasitəsilə 2.2 milyon yeni material kəşf edilib
Süni zəka vasitəsilə 2.2 milyon yeni material kəşf edilib
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının mütəxəssisləri süni zəkadan istifadə edərək daha öncə məlum olmamış 2.2 milyon yeni kristallik strukturu kəşf ediblər.
Süni zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir
Süni zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir
Analitiklərin çoxu süni zəka sistemlərinin biznesə inteqrasiya edilmələrinin əmək bazarındakı ixtisarlara səbəb olacaqları barəsində danışırlar.
Google Drive istifadəçilərinin faylları yoxa çıxıb
Google Drive istifadəçilərinin faylları yoxa çıxıb
Google Drive servisinin istifradəçiləri öz fayllarının yoxa çıxması problemi ilə qarşılaşıblar.
Milyonlarla Android smartfonda Google Calendar-ın dəstəyi dayandırılacaq
Milyonlarla Android smartfonda Google Calendar-ın dəstəyi dayandırılacaq
Google şirkəti milyonlarla Android smartfonda Google Calendar tətbiqinin dəstəyini dayandırmaq niyyətindədir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!