main-post-cover

    Google Gemini mobil Chrome-da veb səhifələrin məzmununu xülasə şəklində təqdim etməyi öyrənib

    Proqram Təminatı
    14.10.2025
    Emil Nəcəfov
         Süni intellekt əsaslı Google Gemini köməkçisi artıq Android üçün Chrome brauzerində açılan səhifələrin məzmununu xülasə şəklində təqdim edə bilir - bunun üçün sadəcə süni intellekt köməkçisini aktivləşdirmək kifayətdir. Yeni funksiya daha əvvəl təqdim edilmiş Gemini Live rejimində ekran görüntüsünün ötürülməsi və səhifədəki materiallar haqqında məlumat sorğulama imkanlarını tamamlayır. İstifadəçi cari səhifə üzrə xülasə yaratmaq funksiyasını seçdikdə, ekranda Google-un korporativ rənglərində animasiya görünür və xülasə üzən pəncərə şəklində təqdim olunur. Bu pəncərəni genişləndirmək və ya mətnə dair əlavə suallar vermək mümkündür.
         Hətta tətbiq ayarlarında əsas model kimi flaqman Gemini 2.5 Pro seçilmiş olsa belə, xülasə hazırlamaq üçün hər zaman daha yığcam, lakin daha sürətli Flash 2.5 modeli istifadə olunur. Bu modelə belə bir sorğu göndərilir: “Zəhmət olmasa, bu veb-səhifənin mətninə əsasən qısa məzmun hazırla. Qısa, lakin əhatəli şəkildə, əsas məqamları sadə dildə izah et”. Xülasə tərtibi funksiyası bütün Gemini tətbiqi istifadəçiləri üçün əlçatandır - yeni düymə Chrome qovluğunu, Discover lentini, axtarış nəticələrini və Google News tətbiqini açdıqda görünür. Süni intellekt köməkçisi əvvəl də xülasə yaratmağı dəstəkləyirdi, lakin bunun üçün keçidi fərdi şəkildə əlavə etmək lazım idi. Səhifə məzmununun xülasə edilməsi funksiyası əvvəllər Windows macOS sistemlərində Chrome istifadəçiləri üçün aktivləşdirilmişdi. İndi isə o, Android üçün Chrome, eləcə də Google tətbiqinin sabit və beta versiyalarında da mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Nano Banana foto generatorunu AI Mode rejiminə və Google Lens-ə inteqrasiya edib
    google-nano-banana-foto-generatorunu-ai-mode-rejimine-ve-google-lens-e-inteqrasiya-edib
    Chrome istifadəçinin əhəmiyyət vermədiyi veb-saytlardan olan bildirişləri bloklayacaq
    chrome-istifadecinin-ehemiyyet-vermediyi-veb-saytlardan-olan-bildirisleri-bloklayacaq
    Google Gemini 2.5-in brauzerdə müxtəlif əməliyyatları yerinə yetirən Computer Use funksiyasını təqdim edib (VİDEO)
    google-gemini-25-in-brauzerde-muxtelif-emeliyyatlari-yerine-yetiren-computer-use-funksiyasini-teqdim-edib-video
    Google Gemini-ni sındıra bilənə 20 000$ ödəməyə hazırdır
    google-gemini-ni-sindira-bilene-20-000-odemeye-hazirdir
    Google proqram təminatında boşluqları aradan qaldıran CodeMender adlı süni intellekt agentini təqdim edib
    google-proqram-teminatinda-bosluqlari-aradan-qaldiran-codemender-adli-suni-intellekt-agentini-teqdim-edib