main-post-cover

    Google Gemini uşaqlar üçün illüstrasiyalı nağıllar yaratmağı öyrənib

    Proqram Təminatı
    06.08.2025
    Emil Nəcəfov
         Google Gemini süni intellekt tətbiqinin ən yeni funksiyası uşaqlar üçün səsləndirmə ilə müşayiət olunan fərdi illüstrasiyalı nağıl toplusu yaratmağa imkan verir. İstifadəçi mətn sorğusu əsasında süni intellektə istənilən hekayənin yazılmasını tapşıra bilər. Hekayələr üçün ilham mənbəyi kimi süni intellekt istifadəçinin fotoşəkillərini, təsvirlərini və fayllarını istifadə edə bilir. Məsələn, Gemini-dən Günəş sisteminin quruluşunu uşağa izah edən və ya kiçik qardaş və bacılara qarşı mehriban münasibətin əhəmiyyətini izah edən bir hekayə uydurmasını istəmək olar. Həmçinin süni intellektə uşaq rəsmləri əsasında bütöv bir nağıl toplusu yazmağı da tapşırmaq mümkündür.
         Hazır iş üçün ön baxış imkanı mövcuddur. Google-un sözlərinə görə, nağıl toplusunun yaradılması cəmi bir neçə dəqiqə çəkir. Daha sonra Gemini iki sütunlu Canvas üslubunda interfeys yükləyir: ekranın sağ tərəfində kitab, sol tərəfində isə çat görünür. İstəsəniz, tərtibat üslublarını seçmək mümkündür: pikselli qrafika, komikslər, plastilin animasiyası, naxış, rəngləmə və s. Nəticədə illüstrasiyalar və audio müşayiətlə 10 səhifəlik bir kitab yaranır. Gemini bu kitabı müxtəlif tonlarda - daha yüksək və ya alçaq səslə - dinləməyə imkan verir. Həmçinin kitaba keçid linki ilə paylaşmaq və ya sonradan çap üçün onu yükləmək imkanı da var. Hekayə yaratmaq üçün olan bu yeni Gemini funksiyası 45 dili dəstəkləyir və bütün dünyada - həm Gemini mobil tətbiqində, həm də masaüstü versiyada əlçatandır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google 3D dünyalar yarada bilən süni intellekt sistemini təqdim edib
    google-3d-dunyalar-yarada-bilen-suni-intellekt-sistemini-teqdim-edib
    Google DeepMind-ın yeni süni intellekti açıq mənbəli proqram təminatında 20 təhlükəsizlik boşluğunu aşkar edə bilib
    google-deepmind-in-yeni-suni-intellekti-aciq-menbeli-proqram-teminatinda-20-tehlukesizlik-boslugunu-askar-ede-bilib
    Google gecikdirilən yenilənmiş Siri mövzusunda Apple şirkətini trollayıb
    google-gecikdirilen-yenilenmis-siri-movzusunda-apple-sirketini-trollayib
    Böyük şirkətlər bu il süni intellektə ümumilikdə 344 miyard dollar xərcləyəcəklər
    boyuk-sirketler-bu-il-suni-intellekte-umumilikde-344-miyard-dollar-xercleyecekler
    ChatGPT süni intellekt əsaslı botlar bazarının 70%-dən çoxunu ələ keçirib
    chatgpt-suni-intellekt-esasli-botlar-bazarinin-70-den-coxunu-ele-kecirib