main-post-cover

    Google Lens tətbiqi süni zəka əsasında cavabların tərtibatı funksiyasını əldə edib

    Proqram Təminatı
    19.01.2024
    Emil Nəcəfov
         Google şirkəti özünün Google Lens tətbiqi üçün genişləndirilmiş vizual axtarış imkanını anons edib. Bu imkan özündə süni zəka texnologiyasının istifadəsi ilə cavabların tərtib edilməsi özəlliyini birləşdirir. Beləliklə bundan sonra Google Lens tətbiqinə daxil olub smartfon kamerasını müəyyən obyektə yönəldərək həmin obyekt barəsində suallar vermək olacaq. Sistem isə öz növbəsində internetdə olan məlumatlar əsasında tərtib edilmiş ətraflı cavabı istifadəçiyə təqdim edəcək. Məsələn smartfon kamerasını otaqdakı hər hansısa bitkiyə yönləndirərək həmin bitkini hansı intensivliklə sulamaq lazım olduğu sualını vermək olar. Bu halda Google Lens istifadəçiyə bitkiyə qulluq məsələsində vacib məlumatları təqdim edəcək. Google Lens-in bu yeni funksiyası artıq ABŞ-da Android iOS istifadəçiləri arasında aktivləşdirilib.
    Google Lens получил функцию генерации ответов на основе ИИ для визуального поиска-2
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Chrome brauzerinin Incognito rejimində istifadəçiləri izlədiyini etiraf edib
    google-chrome-brauzerinin-incognito-rejiminde-istifadecileri-izlediyini-etiraf-edib
    Chrome brauzerinin mobil versiyası yeni konfidensiallıq ayarını əldə edəcək
    chrome-brauzerinin-mobil-versiyasi-yeni-konfidensialliq-ayarini-elde-edecek
    Android 15-ə 2012-ci ilkin funksiyası geri qaytarıla bilər
    android-15-e-2012-ci-ilkin-funksiyasi-geri-qaytarila-biler
    Yaxın zamanda Google Assistant-ın 17 funksiyası deaktiv ediləcək
    yaxin-zamanda-google-assistant-in-17-funksiyasi-deaktiv-edilecek
    Google Bard çat-botunun təkmilləşdirilmiş versiyası hazırlanır
    google-bard-cat-botunun-tekmillesdirilmis-versiyasi-hazirlanir