Google Play-də eyni anda limitsiz sayda tətbiqin yenilənməsi imkanı test edilir
Proqram Təminatı
17.10.2024
Emil Nəcəfov
Bir neçə müddət bundan öncə Android istifadəçiləri Google Play üzərindən eyni anda 3 ədəd tətbiqin yüklənməsi və 2 ədəd tətbiqin yenilənməsi imkanını əldə etmişdilər. Daha sonra Google Play üzərindən eyni anda 4 ədəd tətbiqin yüklənməsi imkanı test olunmağa başlandı. İndi isə istifadəçilər bildiriblər ki, Google Play üzərindən eyni anda daha çox tətbiqin yenilənməsi imkanının testinə start verilib. Android Police saytının redaktorlarından biri aşkar edib ki, Google Play-in 43.1.19 nömrəli versiyasında çoxlu sayda tətbiqi yeniləmək mümkündür. Bu imkan hələ çox istifadəçidə aktiv deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google öz data mərkəzlərində elektrik enerjisini nüvə reaktorları hesabına təmin edəcək
Google öz data mərkəzlərində elektrik enerjisini nüvə reaktorları hesabına təmin edəcək
Google şirkəti nüvə energetikası sahəsində fəaliyyət göstərən Kairos Power adlı startap ilə müqavilə bağladığını elan edib. Müqavilənin şərtlərinə əsasən bu startap şirkət üçün kompakt ölçülü nüvə reaktorlarını inşa edəcək.
Foto tərtibatı üçün olan Imagen 3 süni sistem bütün Google Gemini istifadəçiləri üçün aktiv olub
Foto tərtibatı üçün olan Imagen 3 süni sistem bütün Google Gemini istifadəçiləri üçün aktiv olub
Google şirkəti rəsmi şəkildə elan edib ki, onun foto tərtibatı üçün nəzərdə tutulmuş Imagen 3 adlı süni zəka sistemi bütün Google Gemini istifadəçiləri üçün istifadəyə verilib.
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterləri on illərdir üzərində işlənən bir mövzudur. İndi isə Google, kvant kompüterlərinin müasir ən güclü superkompüterləri necə üstələyə biləcəyini göstərib.
ABŞ məhkəməsi Google Chrome-un Android-dən çıxarılmasını tələb edir!
ABŞ məhkəməsi Google Chrome-un Android-dən çıxarılmasını tələb edir!
ABŞ-da Google-a qarşı antitrest məhkəməsi davam edir. Hakim Amit P. Mehta Google-un bazardakı strategiyalarını qanunsuz sayıb. Ədliyyə Nazirliyi Google üçün təkliflər verib.
ABŞ hökuməti Google şirkətini "parçalaya" bilər
ABŞ hökuməti Google şirkətini "parçalaya" bilər
Avqust ayında ABŞ-ın federal hakimi Amit Mehta, Google şirkətinin monopolist olduğunu təyin etmişdi. Nəticədə ABŞ Ədliyyə Nazirliyi şirkətin qanunsuz davranışının aradan qaldırılmasına və həmçinin axtarış sistemləri bazarında rəqabətin bərpasına istiqamətlənmiş təklifləri formalaşdırmağa başladı.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!