
Google-un qlobal axtarış bazarındakı payı son 10 ildə ilk 90%-dən aşağı düşüb
Proqram Təminatı
30.04.2025
Emil Nəcəfov
2025-ci ilin mart ayının nəticələrinə əsasən, Google-un qlobal axtarış bazarındakı payı 90%-dən aşağı düşüb - bu barədə alman veb-platforması Tuta.com məlumat verib. Belə bir vəziyyət sonuncu dəfə 10 il əvvəl müşahidə olunmuşdu və bu dəfə təsirin uzunmüddətli olması mümkündür. Statcounter-in məlumatına görə, 2025-ci ilin mart ayında Google-un dünya üzrə axtarış trafikindəki payı 89.71% təşkil edib - bu göstərici 2024-cü ilin oktyabrından etibarən azalmağa başlayıb. Google-un belə bir geriləməni sonuncu dəfə 2015-ci ildə yaşadığı qeyd olunur. Şirkətin masaüstü kompüterlər (PC) seqmentindəki nəticələri isə daha da pisdir.

2023-cü ilin mayında Google burada 87.65%-lik maksimum göstəriciyə sahib idi, lakin sonradan bu rəqəm azalmağa başladı və 2025-ci ilin martında şirkətin payı 79.10%-ə düşərək antirekord müəyyənləşdirdi. Avropa regionunda vəziyyət daha da ağırdır. Burada Google-un payı 2023-cü ilin mayında 87.08% olduğu halda, 2025-ci ilin martında bu göstərici 77.78%-ə düşüb. Google-un fəaliyyət miqyası nəzərə alındıqda, statistikadakı hər faiz bəndi 50 milyondan çox istifadəçiyə bərabərdir və şirkətin axtarış bazarındakı payını itirməsi, dünya üzrə 10 milyonlarla insanın onun xidmətlərindən imtina etməsi ilə eynidir.

Ekspertlərin fikrincə, internet istifadəçiləri üçün məxfilik məsələsi getdikcə daha vacib hala gəlir - Almaniyaya məxsus Ecosia axtarış xidməti 2024-cü ilin sonundan bəri auditoriyasının 250% artdığını bildirib. Keçən il ABŞ-ın federal məhkəməsi Google-u rəsmi şəkildə axtarış sistemləri sahəsində inhisarçı elan etdi. Şirkətin, Google-u öz məhsullarında əsas axtarış sistemi kimi seçmək üçün Apple və Mozilla da daxil olmaqla tərəfdaşlarına pul ödəməsi qanunsuz sayıldı. ABŞ texnologiya nəhənglərinin fəaliyyəti Avropa hakimiyyətlərini də narahat edir. Apple və Meta şirkətləri bölgədə qüvvədə olan “Rəqəmsal Bazarlar Qanunu”nun tələblərini yerinə yetirmədiklərinə görə müvafiq olaraq 500 milyon avro və 200 milyon avro məbləğində cərimələniblər. Məlumata görə, növbəti hədəf Google və X sosial şəbəkəsi ola bilər.
Mənbə: Tuta.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
1 il ərzində Google Play-dəki tətbiqlərin yarısı silinib

1 il ərzində Google Play-dəki tətbiqlərin yarısı silinib
2024-cü ilin əvvəlindən bu günə qədər Google-un Play Market platformasındakı tətbiqlərin sayı 3.4 milyondan 1.8 milyona düşüb. Bu isə istifadəçilər üçün əlçatan olan tətbiqlərin sayının 47% azaldığı mənasını verir.
Google Gemini-nin uşaqlar üçün nəzərdə tutulmuş versiyası hazırlanır

Google Gemini-nin uşaqlar üçün nəzərdə tutulmuş versiyası hazırlanır
Google valideynlər tərəfindən Family Link tətbiqi vasitəsilə idarə olunan cihazlara sahib 13 yaşdan kiçik uşaqlar üçün süni zəka köməkçisi Gemini-yə giriş imkanı açmağa hazırlaşır.
Google Android yenilikləri üçün tamamilə ayrıca bir tədbiri anons edib (VİDEO)

Google Android yenilikləri üçün tamamilə ayrıca bir tədbiri anons edib (VİDEO)
Google tamamilə Android mövzusuna həsr olunmuş yeni tədbiri elan edib.
Chrome-un Android versiyası sonunda PDF faylların açılması imkanını əldə edib

Chrome-un Android versiyası sonunda PDF faylların açılması imkanını əldə edib
Google nəhayət ki, Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş versiyasına daxili PDF oxuyucusu əlavə edib. Artıq PDF fayllarını açmaq üçün Google Drive kimi üçüncü tərəf tətbiqlərdən istifadə etməyə ehtiyac qalmayacaq.
SEO keçmişdə qalır: Saytlar süni zəkaya əsasən optimizasiyaya başlayıblar

SEO keçmişdə qalır: Saytlar süni zəkaya əsasən optimizasiyaya başlayıblar
İri şirkətlər və reklam agentlikləri istifadəçilərin məlumatı Google vasitəsilə deyil, ChatGPT, Claude və Gemini kimi çat-botlarla axtardıqları yeni reallığa fəal şəkildə uyğunlaşmağa başlayıblar.
Həftənin xəbərləri

