
Google-un süni intellekt əsaslı axtarışının istifadəçi kütləsi 100 milyona çatıb
Proqram Təminatı
25.07.2025
Emil Nəcəfov
Alphabet holdinqinin ikinci rüb üzrə maliyyə hesabatının nəticələrinə dair keçirilmiş brifinqdə holdinqin rəhbəri Sundar Pichai Google-un axtarışda süni intellekt rejimi, yeni flaqman modeli Gemini 2.5 Pro və Deep Search funksiyası üzərindəki işi haqqında danışıb. Onun sözlərinə görə, axtarışın süni intellekt rejiminin artıq ABŞ və Hindistanda ayda 100 milyondan çox aktiv istifadəçisi var. “Tam dövrlü AI-axtarış” funksiyasının testlərinə mart ayında başlanılıb, bu funksiya ABŞ-da mayın sonunda, Hindistanda isə iyulun əvvəlində tam istifadəyə verilib. Ötən həftə Google geniş istifadə üçün Gemini 2.5 Pro modelinin yayımına başlayıb - Google AI Pro və AI Ultra abunəçiləri artıq bu modelə keçid edə bilirlər.

Masaüstü və mobil veb versiyalarda Deep Search funksiyası əlavə edilib, lakin bu funksiya hələlik Android və iOS tətbiqlərində mövcud deyil. Süni intellektli axtarışda modellər arasında keçid isə yalnız ilkin sorğunun nəticələri təqdim edildikdən sonra mümkündür. Google-un həm süni intellekt rejimli axtarış tətbiqinin, həm də ayrıca Gemini çat-bot tətbiqinin niyə mövcud olması ilə bağlı çoxsaylı suallara cavab olaraq Sundar Pichai bildirib ki, elə istifadə ssenariləri var ki, hər iki tətbiqdən əla nəticə əldə etmək mümkündür, amma spesifik hallar da mövcuddur.

Onun sözlərinə görə, axtarışın süni intellekt rejimi daha çox məlumat yönümlü sorğular üçün uyğundur. Halbuki Gemini-də axtarış sadəcə alətlərdən biridir - bu çat-bot daha çox konkret tapşırıqları yerinə yetirməkdə köməkçi kimi çıxış edir, o cümlədən video və proqram kodu generasiyası daxil olmaqla. “Sevinirəm ki, bizim bu iki sahədə fəaliyyətimiz var və hər ikisində innovasiyalar tətbiq edə bilirik. Əlbəttə, elə sahələr olacaq ki, bu tətbiqlər birgə işləyəcək və zamanla düşünürəm ki, onların istifadəsini istifadəçilərimiz üçün daha rahat və əlçatan edə biləcəyik” - deyə Pichai vurğulayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google tətbiqləri silinmədikləri üçün şirkətə qarşı şikayət qaldırılıb

Google tətbiqləri silinmədikləri üçün şirkətə qarşı şikayət qaldırılıb
6 rəqəmsal sahədə ixtisaslaşmış insan hüquqları təşkilatı Avropa hakimiyyət orqanlarına Alphabet holdinqinin antiinhisar qanunvericiliyini pozması ilə bağlı şikayət göndərib.
Google süni intellekt əsaslı vibe-coding platformasını hazırlayır

Google süni intellekt əsaslı vibe-coding platformasını hazırlayır
Reklam vərəqələrində yazıldığı kimi - hər kəs proqramçı ola bilər. Amma bunun üçün təşəkkür etməli olduğumuz çoxsaylı proqramlaşdırma məktəbləri deyil, süni intellekdir. Google bu “vibe-coding” epidemiyası ilə mübarizə aparmaq əvəzinə, ona özü rəhbərlik etməyə qərar verib.
Google axtarış sistemində süni intellekt əsaslı çeşidləmə funksiyasını reallaşdırıb

Google axtarış sistemində süni intellekt əsaslı çeşidləmə funksiyasını reallaşdırıb
Google axtarış sistemində süni intellektdən istifadə edən yeni təcrübi funksiyası olan Web Guide-i təqdim edib. Bu funksiya Search Labs təcrübi proqramı çərçivəsində əlçatandır və mürəkkəb sorğular üzrə məlumat axtarışını asanlaşdırmaq üçün veb səhifələri tematik qruplara görə avtomatik şəkildə çeşidləyir.
Google qısa link xidməti olan goo.gl-i bağlamağa hazırlaşır

Google qısa link xidməti olan goo.gl-i bağlamağa hazırlaşır
Google şirkəti 2025-ci il avqustun 25-dən etibarən öz qısa keçid xidməti olan goo.gl-ə dəstəyi rəsmi olaraq dayandıracaq. Bu tarixdən sonra “https://goo.gl/*” formatında olan qısaldılmış keçidlər istifadəçiləri 404 səhv səhifəsinə yönləndirəcək.
Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər

Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər
2025-ci ildə texnologiya şirkətlərində işdən çıxarılanların sayı 100 000 nəfəri keçərək heyrətamiz bir səviyyəyə çatıb. Intel, Microsoft, Meta və digər aparıcı şirkətlər kütləvi ixtisarlar barədə elan veriblər.
Həftənin xəbərləri

