Xiaomi şirkətinin oktyabr ayında təqdim etmiş olduğu HyperOS-in qlobal versiyasını əldə edəcək ilk 12 smartfon modelinin siyahısı təqdim edilib. Qeyd etmək lazımdır ki, HyperOS-in qlobal versiyasının təqdimatı 2024-cü ilin əvvəlində baş tutmalıdır. Onu əldə edəcək smartfonun modelindən asılı olaraq HyperOS ya Android 13 ya da Android 14 əsaslı olacaq. Beləliklə HyperOS-in qlobal versiyasını əldə edəcək ilk 12 smartfon modelinin siyahısı aşağıdakı kimi olacaq.
- Xiaomi 13 Ultra
- Xiaomi 13 Pro
- Xiaomi 13
- Xiaomi 13T Pro
- Xiaomi 13T
- Xiaomi 12T
- Xiaomi Mi 11T
- POCO F5 Pro
- POCO F5
- Redmi Note 12S
- Redmi Note 12 4G
- Redmi Note 12 4G NFC.