main-post-cover

    iPhone-larda batareya enerjisinin sərfiyyatına süni zəka nəzarət edəcək

    Proqram Təminatı
    13.05.2025
    Emil Nəcəfov
         Apple gələn ay keçiriləcək WWDC konfransında təqdim ediləcək iOS 19 ilə iPhone üçün genişmiqyaslı yeniləmə hazırlayır. iOS 19, Apple-ın süni zəka ekosistemi olan Apple Intelligence əsasında yeni enerji idarəetmə sistemi ilə gələcək. Bu sistem cihazın istifadəsini analiz edərək onun batareya ömrünü uzada biləcək. 9to5Mac saytının məlumatına görə, Apple istifadəçilərin cihazlarındakı batareyaların fəaliyyəti haqqında məlumat toplamaq üçün süni zəkaya əsaslanan enerjiyə qənaət rejimini tətbiq edəcək. Həmçinin nadir hallarda istifadə olunan tətbiq və funksiyalar sayəsində enerji istehlakını avtomatik olaraq azaldacaq.
         Apple Intelligence hansı tətbiqlərin daha çox enerji sərf etdiyini təhlil edərək qənaət yolları təklif edəcək. Məsələn, ekranın təsvir yenilənməsi tezliyi azaldıla və ya sosial şəbəkələrin arxa plandakı aktivliyi məhdudlaşdırıla bilər. Bundan əlavə, kilid ekranında enerjinin tam doldurulması üçün qalan vaxtı göstərən bir göstərici də əlavə olunacaq. Bu yeniləmə xüsusilə bu payız satışa çıxarılacaq nazik gövdəli iPhone 17 Air üçün əhəmiyyətli olacaq. Bloomberg-in məşhur insayderi Mark Gurman-ın izahına görə, cihazın daha kompakt dizaynı səbəbilə batareyası daha kiçik olacaq və nəticədə onun avtonom çalışma müddəti də daha az olacaq. Lakin süni zəka enerji istehlakını optimallaşdıraraq bu çatışmazlığı kompensasiya etməyə kömək edəcək.
    Mənbə: 9to5mac
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple bu ilki iPhone-ların qiymətlərini qaldırmaq üçün uyğun arqument axtarışındadır
    apple-bu-ilki-iphone-larin-qiymetlerini-qaldirmaq-ucun-uygun-arqument-axtarisindadir
    Apple-dan yaxın gələcəkdə qatlana bilən iPhone, ağıllı eynək və hətta ev robotu gözlənilir
    apple-dan-yaxin-gelecekde-qatlana-bilen-iphone-agilli-eynek-ve-hetta-ev-robotu-gozlenilir
    Apple Safari-yə süni zəka əsaslı axtarışı əlavə edəcək
    apple-safari-ye-suni-zeka-esasli-axtarisi-elave-edecek
    Qatlana bilən iPhone iki özəlliyi ilə seçiləcək
    qatlana-bilen-iphone-iki-ozelliyi-ile-secilecek
    Yeni qanun Apple-ı kənar tətbiq mağazalarına icazə verməyə məcbur edəcək
    yeni-qanun-apple-i-kenar-tetbiq-magazalarina-icaze-vermeye-mecbur-edecek