main-post-cover

    Microsoft Copilotu-u video oyunlara inteqrasiya etməyə hazırlaşır

    Proqram Təminatı
    11.03.2025
    Emil Nəcəfov
         Analitiklər hesab edirlər ki, Microsoft süni zəka əsaslı Copilot platformasını kütləvi şəkildə video oyunlara inteqrasiya etməyə çalışır. Bu nəticə şirkətin hazırkı vakansiyalarına əsaslanaraq çıxarılıb. Xüsusilə, Microsoft-un Pekində yerləşən ofisində video oyunlarda istifadə olunan 3D qrafik mühərrikləri (Babylon.js, three.js və Unity) üzrə ixtisaslaşmış baş proqram mühəndisi tələb olunur. Microsoft daha əvvəl Copilot-un istifadəçi təcrübəsinin əsas hissəsinə çevriləcəyini bildirmişdi. 2024-cü ilin may ayında şirkət Copilot-un video oyunlara inteqrasiyası üzərində işlədiyini açıqlamışdı. Bunun nümunəsi kimi Minecraft oyunu göstərilmişdi. Microsoft-un təqdim etmiş olduğu prezentasiyaya əsasən:
    - Copilot oyunçuya "Necə qılınc hazırlaya bilərəm?" kimi suallara cavab verir.
    - Oyunçunun inventarını yoxlayaraq lazım olan materialları tapır.
    - Əskik komponentləri əldə etməyin yollarını izah edir və oyunçuya yol göstərir.
         Yanvar ayında mühəndis Alexey Shabanov, Copilot-da istifadəçilərlə səs effektləri və animasiyalar vasitəsilə qarşılıqlı əlaqə yaratmaq üçün hazırlanmış iki animasiyalı personaj aşkar etmişdi. O, Microsoft-un Copilot-u personaj əsaslı xüsusiyyətlərlə təkmilləşdirməyi və istifadəçi iştirakını artırmağı sınaqdan keçirdiyini düşünür. Fevral ayında Microsoft Muse adlı süni zəka modelini təqdim etdi. Şirkət bildirib ki, Muse tezliklə Copilot-un qısa interaktiv oyunlarında istifadə olunacaq.
         Muse, Ninja Theory studiyasının “Bleeding Edge” adlı multiplayer oyunu əsasında təlim alıb. Bu model 3D oyun dünyasının quruluşunu, oyun fizikasını və istifadəçi hərəkətlərinə oyunun reaksiyasını anlayır. Bu imkan Muse modelinə nə verir? Süni zəka oyunun gedişatına aktiv şəkildə qoşula və vizuallaşdırılmış oyun prosesində iştirak edə bilər. Bu, Microsoft-un Copilot-un oyun təcrübəsinə inteqrasiyası üzrə planlarını həyata keçirməyə başladığını göstərir. Microsoft-un vakansiya təsvirində yazılıb:
    - "Siz oyun həvəskarısınız və milyardlarla istifadəçi üçün innovativ həllər yaratmaqda maraqlısınız?"
    - "Əgər oyun sahəsində təcrübəniz və ya bu sahəyə güclü həvəsiniz varsa, bu, sizin üçün ideal fürsətdir!"
         Bu vəzifə 3D qrafik mühərrikləri üzrə ixtisaslaşmış baş proqram mühəndisi üçün nəzərdə tutulub və Microsoft-un oyun sahəsində süni zəka həllərinə daha çox diqqət ayırdığını göstərir.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft məntiq yürüdə biləcək fərdi süni zəka sistemi üzərində çalışır
    microsoft-mentiq-yurude-bilecek-ferdi-suni-zeka-sistemi-uzerinde-calisir
    Hakerlər pirat saytlar vasitəsilə milyonlarla kompüteri virusla yoluxdurublar
    hakerler-pirat-saytlar-vasitesile-milyonlarla-komputeri-virusla-yoluxdurublar
    Donald Trump-ın fəaliyyəti texnoloji şirkətlərin böyük həcmdə bazar dəyərini itirmələrinə səbəb olub
    donald-trump-in-fealiyyeti-texnoloji-sirketlerin-boyuk-hecmde-bazar-deyerini-itirmelerine-sebeb-olub
    Microsoft tibbi süni zəka assistenti Dragon Copilot-u anons edib
    microsoft-tibbi-suni-zeka-assistenti-dragon-copilot-u-anons-edib
    Microsoft Skype fəaliyyətinin dayandırılacağını rəsmi şəkildə təsdiqləyib
    microsoft-skype-fealiyyetinin-dayandirilacagini-resmi-sekilde-tesdiqleyib