
Microsoft-un bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçib
Tech-Biznes
31.07.2025
Emil Nəcəfov
Məlumata görə, 4 trilyon dollar bazar dəyəri klubuna ikinci şirkət də daxil olub. Çərşənbə günü müsbət maliyyə hesabatı dərc edildikdən sonra Microsoft-un səhmləri 8% artaraq proqram təminatı nəhənginin bazar dəyərini təxminən 4.1 trilyon dollara çatdırıb. Əgər artım cümə axşamı da davam edərsə, Microsoft bu ayın əvvəlində ilk dəfə 4 trilyon dollarlıq həddə çatan və hazırda 4.37 trilyon dollar dəyərində qiymətləndirilən çip istehsalçısı NVIDIA-ya yaxınlaşacaq. Microsoft-un gəliri 18% artaraq son 3 ilin ən yüksək göstəricisinə çatıb. Bu artımda Azure bulud xidmətlərinin inkişafı mühüm rol oynayıb.

Şirkət ilk dəfə olaraq Azure-un gəlirlərini ayrıca açıqlayıb və bildirib ki, Azure və digər bulud xidmətlərinin satışları 2025-ci maliyyə ilində 75 milyard dolları keçib - bu da ötən illə müqayisədə 34% artım deməkdir. Çərşənbə günü ticarət sessiyası bağlandıqda Microsoft-un səhmləri ilin əvvəlindən bəri 22% artaraq eyni dövrdə 8% yüksələn S&P 500 indeksini geridə qoyub. 25 iyul tarixində Microsoft-un səhmləri bağlanış zamanı rekord səviyyəyə - 513.71$-a çatıb. Genişləndirilmiş sessiyada isə qiymət 553$-ı keçib. NVIDIA və Microsoft süni intellekt boom-u nəticəsində ən çox fayda əldə edən iki ən böyük şirkətdir. Hər iki şirkət bazar kapitallaşması reytinqində Apple-ı geridə qoyub.

Hazırda Apple təxminən 3.2 trilyon dollar kapitallaşma ilə üçüncü yerdə qərarlaşıb. Bu il iPhone istehsalçısının süni intellekt sahəsində geri qalması ilə bağlı investorların narahatlıqları fonunda Apple-ın səhmləri 17% dəyər itirib. Şirkət öz rüblük maliyyə nəticələrini cümə axşamı ticarət sessiyasının bağlanmasından sonra açıqlayacaq. Texnologiya nəhəngləri arasında 2025-ci ildə ən yaxşı göstəricini NVIDIA nümayiş etdirib - şirkətin səhmləri 33% artıb. NVIDIA-nın qrafik prosessorları Microsoft, OpenAI, Google, Meta və digər şirkətlər tərəfindən hazırlanmış böyük dil modellərinin əsasını təşkil edir. Bu texnologiya nəhənglərinə məxsus məlumat emalı mərkəzlərində məhz NVIDIA sürətləndiricilərindən istifadə olunur. NVIDIA-nın maliyyə nəticələrinin avqust ayının sonunda açıqlanacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft OpenAI-nin texnologiyalarını itirmək istəmir
Microsoft OpenAI-nin texnologiyalarını itirmək istəmir
OpenAI-nin ən böyük investoru olan Microsoft korporasiyası, perspektivli startapın hazırladığı texnologiyalara çıxış imkanını itirmək istəmir və şirkətlə olan müqaviləni elə şəkildə dəyişdirməyə çalışır ki, gələcəkdə də OpenAI-nin süni intellekt sahəsindəki yeniliklərindən istifadə edə bilsin.
macOS-da istifadəçi məlumatlarını oğurlamağa imkan vermiş boşluq aşkar edilib

macOS-da istifadəçi məlumatlarını oğurlamağa imkan vermiş boşluq aşkar edilib
Microsoft Threat Intelligence mütəxəssisləri macOS sisteminə inteqrasiya olunmuş Spotlight axtarış funksiyasında boşluq aşkar ediblər. Bu boşluq, hakerlərin istifadəçilərin məxfi məlumatlarına çıxış əldə etmələrinə imkan verirdi.
Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər

Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər
2025-ci ildə texnologiya şirkətlərində işdən çıxarılanların sayı 100 000 nəfəri keçərək heyrətamiz bir səviyyəyə çatıb. Intel, Microsoft, Meta və digər aparıcı şirkətlər kütləvi ixtisarlar barədə elan veriblər.
Microsoft Sharepoint serverlərinə kiberhücum 2025-ci ilin ən böyüyü ola bilər

Microsoft Sharepoint serverlərinə kiberhücum 2025-ci ilin ən böyüyü ola bilər
Çinlə əlaqəli olduğu güman edilən hakerlər Microsoft SharePoint platformasındakı bir boşluqdan istifadə edərək dünya üzrə təxminən 400 hökumət qurumu, korporasiya və digər təşkilatların sistemlərinə giriş əldə ediblər.
Çinli hakerlər ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinə daxil olublar

Çinli hakerlər ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinə daxil olublar
Microsoft SharePoint platformasında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı səs-küylü hadisə yeni detallar ilə genişlənməkdə davam edir. Daha əvvəl məlumat verilmişdi ki, çinli hakerlər dünyanın müxtəlif ölkələrində 100-dən artıq serveri sındırıblar.
Həftənin xəbərləri

