main-post-cover

    OpenAI ChatGPT-ni universal super-assistentə çevirmək istəyir

    Proqram Təminatı
    02.06.2025
    Emil Nəcəfov
         OpenAI, ChatGPT-ni həyatın bütün sahələrində istifadəçiyə kömək edə bilən universal super-assistentə çevirməyi planlaşdırır. Bu barədə məlumatlar mediaya Google ilə aparılan antiinhisar araşdırması çərçivəsində sızdırılan şirkətə məxsus daxili sənədlərdən məlum olub. Həmin sənədlərə görə, artıq 2025-ci ilin birinci yarısında ChatGPT-nin super-assistentə çevrilməsi prosesi başlayacaq. “ChatGPT: H1 2025 Strategy” adlı sənəddə qeyd olunur ki, OpenAI ChatGPT-ni adi çat-botdan kənara çıxarmaq niyyətindədir. “Gələn ilin ilk yarısında biz ChatGPT-ni sizin ehtiyaclarınızı yaxşı anlayan və ağıllı, etibarlı, emosional zəka sahibi, kompüterlə işləmə bacarığı olan bir insan kimi tapşırıqları yerinə yetirən super-assistentə çevirməyə başlayacağıq” - deyə sənəddə qeyd edilib.
         Yeni super-assistent təkcə suallara cavab verməyəcək, həm də istirahət planlaşdırmaqdan tutmuş, məktub göndərmək və ya həkim qəbuluna yazılmaq kimi müxtəlif məsələlərdə istifadəçiyə yardım edəcək. Şirkət gələcəkdəki ChatGPT-ni həm gündəlik, həm də ixtisaslaşmış peşəkar tapşırıqları yerinə yetirə bilən ağıllı sistem kimi təsvir edir. Nümunələr arasında ev axtarışı, restoran bronlaşdırılması, təqvim idarəçiliyi, görüləcək işlər siyahısının hazırlanması və proqram kodunun yazılması göstərilir. Bununla yanaşı, tərtibatçılar qeyd edirlər ki, yeni GPT-02GPT-03 modelləri artıq bu cür tapşırıqları müstəqil şəkildə yerinə yetirəcək qədər ağıllıdır. OpenAI ChatGPT-ni sadəcə bir alət kimi deyil, rəqəmsal tərəfdaş kimi görür. “Bu gün ChatGPT brauzerimizdə, tətbiqdə və ya masaüstündə yaşayır, amma biz istəyirik ki, o, hər zaman və hər yerdə - evdə, işdə, yolda və hətta gəzintidə də kömək etsin” - deyə sənəddə qeyd edilib.
         Lakin şirkətin qarşısında problemlər də var. OpenAI-nin infrastrukturunun artan yüklənməni hələ tam qarşılayacaq gücü yoxdur və süni zəka assistentləri sahəsində rəqabət getdikcə güclənir. Şirkətin sözlərinə görə, liderlik əbədi olmayacaq və biznesin artımı ilə gəlirlərin paralel getməsi də hər zaman mümkün deyil. OpenAI həmçinin Google Meta kimi böyük oyunçuların təzyiqindən ehtiyat edir. Bu şirkətlər süni zəka məhsullarını öz platformaları vasitəsilə irəli sürürlər. Məsələn, Meta AI artıq Instagram, WhatsApp Facebook-a inteqrasiya sayəsində bir milyard istifadəçiyə çatıb, Apple isə Siri üçün Google Gemini-ni seçmək imkanını nəzərdən keçirir. Buna görə də, OpenAI istifadəçilərə ChatGPT-ni əsas (default) assistent kimi seçmək hüququ verəcək qaydaların tətbiqinə çalışmaq niyyətindədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk OpenAI-nın Yaxın Şərqdəki layihələrinə mane olmaq istəyib
    elon-musk-openai-nin-yaxin-serqdeki-layihelerine-mane-olmaq-isteyib
    OpenAI-nin o3 modeli insanın əmrinə baxmayaraq deaktiv olmaqdan imtina edir
    openai-nin-o3-modeli-insanin-emrine-baxmayaraq-deaktiv-olmaqdan-imtina-edir
    OpenAI-nin süni zəka əsaslı cihazı iPod Shuffle-a bənzəyə bilər
    openai-nin-suni-zeka-esasli-cihazi-ipod-shuffle-a-benzeye-biler
    OpenAI-nin hazırladığı süni zəka əsaslı cihaz şirkətin gəlirlərini ciddi səviyyədə artıra bilər
    openai-nin-hazirladigi-suni-zeka-esasli-cihaz-sirketin-gelirlerini-ciddi-seviyyede-artira-biler
    Sam Altman, OpenAI tərəfindən hazırlanan süni zəka əsaslı cihaz barəsində məlumat verib
    sam-altman-openai-terefinden-hazirlanan-suni-zeka-esasli-cihaz-baresinde-melumat-verib